Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Bakı məktəbində "Ürəklərə iz salan insan” adlı tədbir keçirilib - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ürəklərə iz salan insan” adlı tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, Bakı şəhəri 20 nömrəli məktəb-lisey tərəfindən təşkil olunan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili İlham Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli, şəhidlərin ailə üzvləri və qazilər, "Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Ruslan Məmmədov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Yasamal RİH-in əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə məktəbin həyətində hərbi orkestrın ifasında Dövlət Himni səsləndirilib və şagirdlərin iştirakı ilə fləşmob nümayiş olunub.

Daha sonra şagirdlər Heydər Əliyev adına muzeydə dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri fikirləri səsləndiriblər.

Sonra qonaqlar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.

Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva bu il 100 illik yubileyi qeyd olunan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyəti kimi milyonlarla insanın qəlbində əbədi yaşadığını söyləyib. Ulu Öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən İdarə müdiri ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.

İdarə müdiri Ümummilli Lider Heydər Əliyevin uğurlu həyat və fəaliyyətini təhsil müəssisələrində geniş təbliğ etmək məqsədilə Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən çoxsaylı tədbirlərdən, layihələrdən bəhs edib. Bildirib ki, 20 nömrəli məktəb-lisey tərəfindən təşkil olunmuş "Ürəklərə iz salan insan” adlı tədbir paytaxt məktəblilərinin Heydər Əliyev dühasına sevgi və ehtiramının bariz nümunəsidir.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər