Xəbər lentiwidget-title-icon

Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!  
Eşqi Bağırovdan şikayətlər artmağa davam edir...
ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?

Valideynlər uşaqlarının psixoloji yardım almasını birmənalı qarşılamırlar

Valideynlər uşaqlarının psixoloji yardım almasını birmənalı qarşılamırlar



Son zamanlar məktəblilər arasında aqressiya, eləcə də deviant davranış hallarının artdığına şahid oluruq. Araşdırmalar göstərir ki, azyaşlı və yeniyetmələrin mütəmadi individual psixoloq dəstəyi alması hallarının minumum həddə olması bu kimi davranışların sayına bilavasitə təsir göstərir. Təəssüf ki, aztəminatlı ailələrin psixoloq xərclərini qarşılamağa maddi imkanı çatmadığından uşaqların gərginliyi o mühitdə daha çox müşahidə olunur

Bəs görəsən, ölkəmizdə aztəminatlı ailələrin övladlarının pulsuz psixoloq dəstəyi alması ilə bağlı hər hansısa işlər görülürmü?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova açıqlama verib.
Şura sədri bildirib ki, valideynlər uşaqlarının psixoloji yardım almasına onların xeyrinə və lehinə olan proses kimi baxmırlar:
“Şiddət və aqressiya bütün dövrlərdə olub. Dünyanın elə bir yeri yoxdur ki, orada şiddət, aqressiya, zorakılıq halları olmasın. Ümumiyyətlə aqressiyanın insanın genetik kodundan, yoxsa sonrada qazanılan amil olması məsələsi mübahisəlidir. Əgər aqressiya sonradan qazanılan amildirsə, onda nəyə görə əvvəlki illərdə də insanlarda aqressiya mövcud idi? Suallar çoxdur, lakin əsas məsələ aqressiyanın idarə edilib- edilməməsidir.
Hər birimizin daxilində aqressiya var. Azyaşlı və yeniyetmələrdə aqressiyanın idarə edilməsi ilə bağlı təcrübə olmaması onlar arasında mənfi halların daha da artmasına səbəb olur. Təsadüfi deyil ki, azyaşlılarda özünə qapanma halları da bu yaş qruplarında yaranır.
Bu gün baş verən kiçik bir hadisə belə bizim üçün çox əhəmiyyət daşımalıdır. Çünki o hadisəyə verdiyimiz reaksiya ilə onun kütləviləşməsinin qarşısını ala bilərik. Aqressiv hal təkcə məktəbdə deyil, eyni zamanda icmada, parkda, ictimai yerdə də baş verə bilər. Ümumtəhsil müəssisələrində uşaqlar üçün psixoloqlar var. Hətta bəzi məktəblərdə say hesabına görə iki psixoloq fəaliyyət göstərir. Amma həmin psixoloqların fəaliyyətində təəssüf ki, individual psixoloji yardımın göstərilməsi öhdəliyi yoxdur. Ancaq praktikada görürük ki, heç bir məktəb psixoloqu “uşağa yardım göstərmək istəmirik” demir. Onlar heç vaxt öz yardımlarını əsirgəməyiblər. Problem isə yardımın əhatəliliyi və fərdi yanaşmadadır.
Bizim ümumi tövsiyələrimiz və təkliflərimiz ondan ibarətdir ki, siniflərin psixoloji portreti müəyyən edilsin. Valideynlərlə iş apararaq müəyyənləşdirmək olar ki, hansı uşaqlar hansı aqressiv davranışa meyillidirlər.
Bu gün ən böyük problem odur ki, valideynlər uşaqlarının psixoloji yardım almasına onların xeyrinə və lehinə olan proses kimi baxmırlar, əksinə reaksiya verirlər ki, mənim uşağım dəli deyil. Demək olar ki, 20% valideyn övladının psixoloji yardım almasına adekvat cavab verir və uşağının müalicəsini həyata keçirir. Ümumiyyətlə bilməliyik ki, psixoloqla psixoterapevt fərqli anlayışlardır. Eyni zamanda da nə psixoterapevtdən, nə də psixoloqdan çəkinmək lazım deyil. Çünki biri var məsələni əvvəldən daha tez həll edəsən, biri də var ki, gecikərək buna görə uzun müddət müalicə və müayinə alasan”.
G.Səfərova qeyd edib ki, sosial-psixoloji yardım mərkəzləri daimi mütəmadi şəkildə fəaliyyət göstərməlidir:
“Bizdə pulsuz psixoloji dəstək mərkəzləri yoxdur. Yalnız COVİD və müharibə dövründə xəstəliyi olanlar, eləcə də qazi və şəhid ailələri üçün sosial xidmətlər yaradılmışdı. Düşünürəm ki, sosial-psixoloji yardım mərkəzləri mütəmadi şəkildə fəaliyyət göstərməlidir.
Bu iş həm də bir qədər komanda işinə dayanır. Belə ki, icra hakimiyyətlərində risk qrupuna aid ailələrin siyahıları var.

Sosial Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerli icra strukturları ilə birgə kompleks şəklində fəaliyyət göstərməlidir. Bunun daxilində də pulsuz psixoloji yardım mərkəzləri yaradıla bilər Pulsuz dedikdə əslində dövlət maliyyəsi ilə fəaliyyət göstərir, amma müəyyən güzəştlər ola bilər. Ünvanlı sosial yardım alan, aztəminatlı ailələr üçün bu xidmətlər pulsuz olması nəzərə alınmalıdır. Bu gün “ASAN xidmət” modelinin tərkibində digər nazirliklərin xidmətləri də fəaliyyət göstərir. Düşünürəm ki, gələcəkdə psixoloji yardım prosesi də yaradıla bilər”.
Şura sədri qeyd edib ki, təəssüf ki, bu gün valideynlər məktəbin tərəfdaşı kimi yox, qarşı tərəf kimi çıxış edirlər:

“Kütləvi həll yollarından biri də məktəblərdə sosial pedaqoqların fəaliyyətə başlaması və uşaqlara individual yanaşma göstərməkləridir. Biz düşünürük ki, burada müəllimlərin də rolu var. Sinif rəhbərləri dərs dediyi şagirdləri çox yaxşı tanıyırlar. Müəllimin hansı fənni tədris etməyindən asılı olmayaraq hər biri pedaqoqdur. Ola bilər ki, direktor bütün şagirdlərə individual yanaşa bilməsin, amma müəllimlər, sinif rəhbərləri və psixoloqlar valideynlərlə iş apararaq bu məsələləri həll edə bilərlər.

Qeyd edim ki, cəmiyyətdə bəzi məsələlər var ki, onları araşdıranda problemin kökündə elə dəyərlər ortaya çıxır ki, bu halların ictimailəşdirməsini aparmaq uşağın həyatına birbaşa zərər vura bilər. Məlumatları ictimailəşdirərkən uşağın gələcək 10 il sonrakı həyatını düşünərək addım atmalıyıq. Çünki məlumatlar internetdə itmir. Biz əmin deyilik ki, gələcəkdə uşaq özünün həyatı ilə bağlı keysi araşdıranda ona necə reaksiya verəcək.

İntihar faktlarının altında da bullinq hadisələri yer alır. Belə ki, bullinqə uğramış, yaxud da bullinqi görüb reaksiya verməyən insanlar bir zamandan sonra intihar edirlər.

İctimai Şura olaraq son 2 ildə bir çox hadisəni belə həll etmişik. Çünki onu ictimailəşdirəndə uşağın gələcək rifahına zərər vururuq, onun kimliyini ifşa edirik. Azərbaycan cəmiyyətinin dəyərlərini bildiyimiz üçün məlumatın uşağın qarşısına necə çıxacağına bələdik. İşi gedib həll etdik deyəndə onun 3-5-10 il sonrasını da düşünmək lazımdır. Bu baxımdan uşaq məsələlərində çox həssas yanaşmaq vacibdir. Çünki psixologiyalar düşüncələr fərqlidir. Pandemiya dövründə bildirirdilər ki, insanlarda aqressiya artacaq. O dövrün bizə vuruduğu zərər təkcə iqtisadi yox, psixoloji, təhsil və digər sahələrdə də olub. Bunun araşdırılması aparılsa, bu kimi halların təbii olduğnun şahidi olarıq. Qapalı məkanda olmağın zərərləri 1-2 ay müddətində yox, bir neçə müddət sonra özünü göstərir. Nəzərə alsaq ki, uşaqların informasiya əldə etmək resursları valideynlərdən daha çoxdur. Təəssüf ki, ailələr uşaqları dinləmir, onlara lazımi sualları ünvanlamırlar. Uşaqları təqdir etmək lazımdır. Düzdür, Azərbaycanda statistik baxımdan baş verən bu hallar çox azdır, ancaq bir fakt belə bizim üçün önəmlidir”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!  
Eşqi Bağırovdan şikayətlər artmağa davam edir...
ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR