Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

İctimai Şuranın sədri Etibar Əliyevə CAVAB VERDİ

İctimai Şuranın sədri Etibar Əliyevə CAVAB VERDİ

Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şura bu qurumdan istefa verən deputat Etibar Əliyevə cavab verib.

tehsilmedia.info xəbər verir ki, İctimai Şura bununla bağlı məlumat yayıb.

Bilidirilb ki, iyulun 10-da Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın iclası keçirilib. İclas zamanı şura üzvləri tərəfindən 4 məsələ müzakirə edilib.

İclasda müzakirə edilən mövzular bunlardır:

1. Müəllimlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti;

2. İctimai dinləmələrin əhəmiyyəti;

3. Elm və Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı ictimaiyyətdə yayılan təhrif edilmiş fikirlərə münasibət;

4. Tədris ilinin yekunu.

İctimai Şuranın sədri Günel Səfərova deputat Etibar Əliyevin İctimai Şuradan istefa verməsinə belə aydınlıq gətirib:

"İlk növbədə onu qeyd etmək istəyirəm ki, Etibar Əliyev ETN-in yanında İctimai Şura üzvlüyündən istefası ilə bağlı quruma rəsmi müraciət etməyib və bu gün təşkil edilən görüşdə də iştirak edib. “Zoom” platforması üzərindən keçirilən görüş zamanı da istefa ilə bağlı hər hansı bir məlumat bizə bildirilməyib.

Xüsusilə onu vurğulayım ki, ictimai iştirakçılığın təmin edilməsi məqsədilə ETN-in yanında yaradılan İctimai Şura təhsillə bağlı istənilən mövzunu müzakirə edəcəyimiz mühüm bir platformadır. Bütün şura üzvləri təsdiq edər ki, elm və təhsillə bağlı çoxsaylı məsələlərin müzakirəsi şura sədri olaraq tərəfimdən hər zaman dəstəklənib.

1 il 7 aylıq fəaliyyəti müddətində şura üzvü Etibar Əliyev iclas və müzakirələrdə iştirak etsə də, təhsilin bu və ya digər probleminə dair hər hansı narahatlıq və narazılığı barədə şuraya müraciət etməyib. Etibar Əliyev şuranın daxili müzakirələri barədə yalnız öz “Facebook” profilində statuslar paylaşıb, İctimai Şuraya istədiyi zaman müraciət etmək imkanının olduğu halda, kommunikasiya aləti kimi, əsasən, sosial şəbəkədən istifadə edib.

Son zamanlar, xüsusilə sertifikatlaşdırma prosesi ilə bağlı yekun hesabat tədbirində səsləndirilən fikirlərin təhrif edildiyindən narahatlığımı ifadə edərək bu gün iclasda Etibar Əliyevə mövqeyimi bildirdim. Hamı qəbul etməlidir ki, İctimai Şura platforma olaraq vacib məsələlərin və məzmunun müzakirəsi üçün fəaliyyət göstərən qurumdur, bu mərama zidd davranışlar yolverilməzdir.

Bu gün iclasda haqlı olaraq şura üzvləri də Etibar Əliyevin hazırkı fəaliyyətini təqdir etməyərək onu sağlam dialoq, qarşılıqlı hörmət mühitinə dəvət etdilər. İctimai Şura üzvləri cəmiyyətdə tanınan, sahələrinin mütəxəssisi olan və təhsil istiqamətində çalışan insanlardır.

Qeyd edim ki, İctimai Şura üzvlüyündən istefa Etibar Əliyevin hüququdur. Əlbəttə, bu müddət ərzində işgüzar mühitdə münasibət barədə qərarlarını şura sədri olaraq mənə bildirməsi arzuolunan idi. Lakin mən insanların kommunikasiya vasitələrinin seçiminə və qərarlarına hörmətlə yanaşıram", - deyə Günel Səfərova qeyd edib.

Milli Məclisin deputatı Etibar Əliyev ötən gün üzvü olduğu Elm və Təhsil Nazirliyinin (ETN) yanında İctimai Şuradan istefa verdiyini açıqlayıb. O, İctimai Şuradan istefasını iclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi vatsap yazışmasının sosial şəbəkə hesablarında paylaşılması, bu məsələnin İctimai Şuranın müzakirə gündəliyinə salınmaması və digər səbəblərlə əlaqələndirib.

Oxşar xəbərlər

Bütün xəbərlər