Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Davranış qüsurlu şagirdlər: “Onları təhsildən yayındırmaq olmaz”

Davranış qüsurlu şagirdlər: “Onları təhsildən yayındırmaq olmaz”

Məktəblərdə deviant davranışlı uşaqlarla işləyən zaman müəllimlər bir sıra çətinliklərlə üzləşirlər. Bu cür şagirdlər etik qayda-qanunları kobudcasına pozaraq həm yaşıdlarına, həm də özlərinə zərər verirlər.

Bəs, görəsən təhsil müəssisələrində deviant davranışlı uşaqlarla iş prinsipi necə qurulmalıdır? Onların dərsə adaptasiya prosesi necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Səbinə Bəşirzadə tehsilmedia.info - a açıqlama verib.

Davranış qüsurlu şagirdlər: “Onları təhsildən yayındırmaq olmaz”

Psixoloq bildirib ki, “Deviant davranışlı uşaqlarda zamanla maddə, qumar, siqaret aslılıqları, həmçinin aqressiyanın müxtəlif formaları özünü göstərə bilir: “Deviant davranış sosial mühitdə etik normaların pozulması hallarıdır. Çətin tərbiyə olunan uşaqlarda müəllimlərə, yoldaşlarına, həmçinin, şəxsin özünə qarşı aqressiya müşahidə olunur. Məktəb bir nəfərin təhsil aldığı müəssisə olmasa da, bir nəfərin deviant davranışı 100 nəfəri öz ətrafına toplaya bilər. Əsasən yeniyetməlik çağında müşahidə olunan yüksək həssaslıq, lider şəxslərin hərəkətlərinin təkrarlanması, sosial təsdiq ethiyacı nəticədə uşaqlarda deviant davranışlara gətirib çıxarır. Siqaret çəkmək arzusu da məhz özünü böyük kimi göstərməkdən qaynaqlanır”.

Psixoloq deviant davranışdan qaynaqlanan 2 tip problemi diqqətə çatdırıb: “Birincisi cəmiyyətə zərər vurmaq, ikincisi isə fərdin özünə qarşı aqressiyası. Əgər uşaq həm cəmiyyətə, həm özünə, həm də ailəsinə zərər yetirirsə, o halda paralel tədbirlərin aparılması zəruridir”.
S.Bəşirzadə qeyd edib ki, deviant davranışlı uşaqlarla iş prinsipinin qurulmasında maarifləndirmə üsulu başlıca sayılmalıdır: “Toplu şəkildə uşaqların maarifləndirilməsi, onlar üçün xüsusi qaydaların, hətta cəza sisteminin tətbiq olunması nəticəsində onların cəmiyyətdə bərabərhüquqlu şəxsiyyət kimi formalaşmağında böyük rol oynayan amillərdəndir”.
Müsahibimiz vurğulayıb ki, valideynlər uşaqlara yeniyetməlik dönəmində daha həssas yanaşmalıdırlar: “ “Valideyn övladı ilə dost olmalıdır” deyimi ilə razı deyiləm. Əksinə valideyn övladı ilə bərabərhüuquqlu şəxsiyyət kimi davranmalıdır. Uşağın attığı hər hansısa yanlış addımın onun şəxsiyyəti yox, davranışını zədələməsini prioritet seçmək lazımdır. Sosial həyatdakı qaydalar, etik normalar, kollektiv şüurun yaranması, valideynlərinin özlərinin uşaqlara örnək olması çox vacib məqamlardan biridir”.
Müsahibimiz bildirib ki, bu cür davranış pozuntularında uşağı təhsildən yayındırmaq olmaz: “Davranış pozuntusunun qarşısının alınmasında məktəb-ailə-uşaq üçbucağı qurulmalıdır. Hər 3 tərəf birgə fəaliyyət göstərməlidir. Davranış pozuntusunun şiddət dərəcəsinə görə növləri və məhrələləri var. Buna görə də uşaqların xüsusi davranış modellərini çəkmək lazımdır. Əgər həkim tərəfindən davranışın törədilməsində hansısa psixopatoloji məqam aşkarlanmayıbsa, bu cür uşaqlar təhsildə psixoloqlar tərəfindən dəstək alaraq şəxsiyyət kimi formalaşa bilirlər.
Psixoloq bildirib ki, zamanında bu prosesin gözardı edilməsi gələcəkdə həmin uşaqlarda daha ağır şidddət formalarının görünməsinə səbəb ola bilir: “Oriyentasiyanın itirilməsi nəticəsində gələcək illərdə şəxs öz sosial təsdiqini tapmaq üçün şiddətin müxtəlif növlərinə müraciət edəcək. Bu da özlüyündə təhsil qüsurlarına, etik normaların pozulmasına, psixoloji pozuntuların yaranmasına gətirib çıxaracaq.
Deviant davranışlı uşaqların problemlərini həll etmək mümkün olduğu təqdirdə onların ali təhsil almalarında heç bir narahatlıqdan söhbət gedə bilməz: “Əsas məsələ problemin yaranma səbəbini tapıb aradan qaldırmaqdır. Çətin tərbiyə olunan uşaqları cəmiyyətdən təcrib edib, sosial ehtiyaclarını görməzdən gəldikdə həmin şəxslər üçün özlüyündə deviant davranış halları normal qəbul edilməyə başlayacaq”.
S.Bəşirzadə deviant davranışın yaranma səbəblərinə nəzər salıb: “Mənfi davranışın səbəbləri ailədən, kənar mühitdən, ictimaiyyətdən qaynaqlanır. Əhatə dairələrinə, dostlarına, onların tərbiyələrinə, davranış formalarına, müəllimlərinə belə həssaslıqla yanaşmaq lazımdır. Çünki uşağın daxil olduğu sosial mühitdə hər hansısa boşluq olduqda uşağın özü üçün müəyyən problemlər yarana bilir”.

Oxşar xəbərlər

Bütün xəbərlər