Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Avropa institutlarının ədalətsizliyi onların nüfuzunu çoxdan zədələyib

Avropa institutlarının ədalətsizliyi onların nüfuzunu çoxdan zədələyib

44 günlük Vətən müharibəsindən sonra baş verənlər Azərbaycan insanının beynində Qərb təşkilatlarının əsl siması ilə bağlı qaranlıq nəsə saxladımı? Yox!

Bu təşkilatlar əvvəllər insan haqları, demokratiya pərdəsinə bürünüb maraqları üçün manevr edə bilirdilər. Kimlərisə həqiqətən bu ülvi dəyərlər uğrunda mübarizə apardıqlarına inandıra bilirdilər. Fəqət öz davranışları ilə gerçək kimliklərini çılpaqlığı ilə ortaya elə qoyublar ki, artıq “müsbət obrazları”ndan əlamət qalmayıb. Təəssüf ki, Avropa İtiifaqı, Avropa Şurası deyəndə, daha ağla gələn demokratiya, insan haqları anlayışı deyil! İndi ağla korrupsiya gəlir, rüşvət, ayrı-ayrı qüvvələrin əlində oyuncağa çevrilmək gerçəyi gəlir!

Nədən Avropa institutları belə sürətlə gözdən düşdülər?! Çünki ədalətdən, haqdan, demokratiyadan uzaqlaşdılar; ermənipərəst, islamofob qüvvələrin təsir dairəsinə düşdülər, başqa sözlə, onların əlində kuklaya çevrildilər.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın səsini dondurmaq məsələsinin gündəmə gəlməsi bunun daha bir əyani sübutudur. Qurumun belə bir addım atmaq niyyətinə düşməsinin əsl səbəblərini müxtəlif məsələlərlə ört-basdır etmək cəhdləri isə iflasa məhkumdur. Hamı yaxşı anlayır ki, insan hüquqları və s. deyilənlər sadəcə bəhanədir. Bu, 44 günlük müharibədən sonra Azərbaycana qarşı başlanılan kampaniyanın növbəti həlqəsidir. Ərazi bütövlüyünü, nəhayət ötən il suverenliyini tam bərpa edən, müstəqil siyasət yürüdən, milli maraqlarda bir addım olsun geri durmayan Azərbaycan Qərbin, onun uzantısı olan bu təşkilatların yuxusunu qaçırıb. Avropa Şurasının hazırkı mövqeyi öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdindən başqa bir şey deyil.

Vurğulamaq vacibdir ki, hazırda Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün bütün rıçaqları işə salıb. Belə bir məqamda Qərb təşkilatları mümkün qədər prosesi pozmaq, bölgəyə şər toxumu səpmək fəaliyyətlərini daha da gücləndirib. Bu isə qeyd etdiyimiz kimi 44 günlük müharibə zamanı, həm də postmüharibə dövründə davam edən fəaliyyətin növbəti dalğasıdır. Qərb heç bir vəchlə bölgəyə davamlı sülhün gəlməsini istəmir. Ancaq və ancaq sülhə maneələr törədən, iki ölkəni qarşı-qarşıya gətirən siyasət yürüdür.

Məlumdur ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Dəfələrlə Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalını, ağlagəlməz vəhşiliklərini bu tribunada qaldırıb. Amma Avropa Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına özünəməxsus şəkildə susub, konket heç bir tədbir görməyib. Öz işini hərdən heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə bitmiş hesab edib. Əcəba, Azərbaycan ərazisini işğal etməsi faktına görə Ermənistanın səs hüququnun əlindən alınması Şuranın ağlına niyə gəlmirdi? Ermənistanın Cənubi Qafqazda faşizmin qalasına çevrilməsi bu qurumları heçmi narahat etmirdi?

Mövcud tablo Azərbaycan cəmiyyətində haqlı olaraq belə bir sual doğurur? Bu qurumlar həqiqətənmi bizə lazımdır? Ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbayacana qarşı vasitə kimi istifadə edirlərsə, bu qurumlarda qalmaq bizə nəsə verəcəkmi? İndiyə qədər nə verdi ki, bundan sonra nə verə?! Artıq Azərbaycanın da mövqeyi bu ədalətsiz münasibətə adekvat olmalıdır.

Avropa qurumları və onların yürütdüyü ikiüzlü siyasət münasibətlərin bundan sonrakı səhifələrinə yaxşı heç nə yaza bilməz. Avropa Şurası dönüb öz bərbadlaşmış imicinə, ədalətsiz ritorikasına baxmalı, yürütdüyü siyasəti dəyişməli, ayrı-ayrı lobbilərin qucağından düşməyə güc tapmalıdır ki, beynəlxaq nüfuzunu qoruyub saxlaya bilsin. Yoxsa, onunla əməkdaşlıq edənlərlə körpüləri tamamilə yandırmış olacaq ki, burada da itirən tək elə Avropa Şurasının özü olacaq!

Oxşar xəbərlər

Bütün xəbərlər