Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

Şəkidə konfrans: “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” - FOTO

Şəkidə konfrans: “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” - FOTO

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

tehsilmedia.info xəbər verir ki, AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, iclasda Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki şəhər Bələdiyyəsinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, eləcə də AMEA Gəncə Bölməsi Aqrar Problemlər İnstitutunun və AMEA Mərkəzi Elmi Kitabxanasının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsi ziyarət edilib, önünə tər güllər qoyulub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Şəki REM-in direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü tədbirin təşkilində əsas məqsədin dünyanın müxtəlif bölgələrindən olan ziyalıları, elm adamlarını Heydər Əliyev dühasının işığına toplamaq və Şəki Regional Elmi Mərkəzinin 50 illik ömür yolunun sevincini paylaşmaq olduğunu bildirib. O, tədbirin proqramına Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İndoneziya, Hindistan, Bolqarıstan, Misir kimi ölkələrdən 106 məruzənin daxil edildiyini diqqətə çatdırıb.

Daha sonra Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində respublikanın hər yerində, o cümlədən Şəki rayonunda təşkil edilən silsilə tədbirlərdən danışıb, “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda beynəlxalq elmi konfransın da bu tədbirlərin davamı olduğunu vurğulayıb. Sadiq Yusifov Şəki Regional Elmi Mərkəzinin fəaliyyətə başlamasının 50 illiyinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə eyni ildə qeyd edilməsinin təqdirəlayiq hal olduğunu deyib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəki Rayon Təşkilatının sədr müavini Ziya Vəliyev Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, suverenliyimizin tam bərpa olunduğunu vurğulayıb. O, həmçinin 50 illik yubileyini qeyd edən Şəki Regional Elmi Mərkəzinin yaradılmasının məhz Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısının nəticəsi olduğuna diqqət çəkərək Mərkəzin əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara daha böyük elmi nailiyyətlər arzulayıb.

Mərkəzin Tarix, arxeologiya və epiqrafika şöbəsinin aparıcı elmi işçisi, ped.e.d., professor Firədun İbrahimov qeyd edib ki, bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə, ziyalılara münasibəti onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. Dahi lider bütövlükdə Azərbaycan elminə, ziyalılara yüksək qiymət vermiş, böyük diqqət və qayğı göstərmişdir.

Professor Firədun İbrahimov daha sonra Şəki Regional Elmi Mərkəzinin fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Mərkəzin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dos. Kamil Adışirinov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verdiyini söyləyib. O, Ulu Öndərin Şəki ədəbi mühitinin inkişafındakı müstəsna rolundan, onun Şəki mətbuatına və teatrına göstərdiyi dəstəkdən danışıb. Bu siyasətin davamı kimi, Prezident İlham Əliyevin Şəkiyə qayğısının nümunəsi olaraq İpək Yolu Festivalının məhz Şəkidə keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Elxan Abdullayev çıxış edərək bildirib ki, Heydər Əliyev elm və təhsilin inkişafına qayğı ilə yanaşmış, bütün sahələrdə yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Elxan Abdullayev Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Şəki REM arasında mövcud əməkdaşlığın bundan sonra da davam edəcəyinə inamını ifadə edib, əməkdaşları Mərkəzin 50 illik yubileyi münasibətilə təbrik edib.

AMEA Gəncə Bölməsi Aqrar Problemlər İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Aygün Babayeva Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu aqrar siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

AMEA Mərkəzi Elmi Kitabxananın İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında 50 yaşın bir hesabat dövrü olduğunu və bu konfransın bir növ hesabat xarakteri daşıdığını qeyd edib. O, “Heydər Əliyevin müdrik kəlamları” əsasında hazırlanmış elektron diski Şəki Regional Elmi Mərkəzə hədiyyə edib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının müdiri Coşqun Məmmədov sözügedən institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun təbrikini iştirakçıların diqqətinə çatdırıb. Uzun illər Şəki Regional Elmi Mərkəzdə çalışdığını söyləyən Coşqun Məmmədov bu müəssisənin elmi nailiyyətlərinin təkcə Azərbaycanda deyil, həm də ölkəmizin hüdudlarından kənarda işıqlandırıldığını qeyd edib.

Konfrans işini onlayn olaraq davam etdirib.

Şəkidə konfrans: “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” - FOTO

Şəkidə konfrans: “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” - FOTO

Şəkidə konfrans: “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər