Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə həsr olunmuş gecə keçirilib.

tehsilmedia.info xəbər verir ki, yubiley münasibətilə teatrın hazırladığı “Sənsiz” tamaşasının premyerası olub.

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Qonaqlar əvvəlcə teatrın foyesində rejissorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək bildirib ki, böyük rejissor Tofiq Kazımovun 100 illik yubileyi Prezident İlham Əliyevin 3 mart 2023-cü il tarixli sərəncamına əsasən qeyd olunur.

Qeyd edilib ki, Tofiq Kazımovun milli teatr sənətinə böyük xidmətlərindən biri də istedadlı gənclərə meydan verməsi, yol açmasıdır. Elə bu nüans nəzərə alınaraq nümayiş olunacaq tamaşanın rejissoru, rəssamı və bəstəkarı da gənclərdir. Onların hər üçü bu gün bu məsuliyyəti hiss edir.

Çıxışdan sonra Tofiq Kazımovun yaradıcılıq yolundan bəhs edən 10 dəqiqəlik qısametrajlı film (müəllif Mehriban Ələkbərzadə) nümayiş olunub.

Daha sonra səhnə aktyorların ixtiyarına verilib. Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim edilib. Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır. Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər