Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

AMEA-da görkəmli alim Tofiq Məmmədovun xatirəsi anılıb - FOTO

Ali təhsil

18-05-2023, 20:09

AMEA-da görkəmli alim Tofiq Məmmədovun xatirəsi anılıb - FOTO

 

Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli bioloq, Dendrologiya İnstitutunun sabiq baş direktoru, "Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AMEA-dan "tehsil.media”a bildirilib ki, əvvəlcə foyedə görkəmli alimin həyat yolu və elmi fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Anım tədbirində Tofiq Məmmədovun xatirəsinə ithaf olunmuş "Yaşıl həyat” filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Tofiq Məmmədovun həyat yolundan, elmi yaradıcılığından, onun Azərbaycan elminə verdiyi töhfələrdən söz açıb, alimin çoxillik fəaliyyətinin ayrı-ayrı mərhələləri üzrə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Tofiq Məmmədovun mühəndislik ixtisasına yiyələnməsinə baxmayaraq, bütün həyatını təbiət elmlərinə, elmi-təşkilati fəaliyyətə həsr etdiyini bildirib. Tofiq Məmmədovun Dendrologiya İnstitutunun təşəkkülündə və inkişafında göstərdiyi xidmətlərin danılmaz olduğunu söyləyən AMEA rəhbəri 1990-cı illərdə məhz onun səyləri nəticəsində Dendrologiya Bağının qorunub saxlanıldığını diqqətə çatdırıb.

"Hesab edirəm ki, Abşeron rayonunun landşaftı, bitki aləmi, biomüxtəlifliyinin öyrənilməsinə Tofiq Məmmədov bir institut alimlərinin ümumilikdə verə biləcəyi qədər töhfələr vermişdir”, - deyən İsa Həbibbəyli alimin əsərlərinin, monoqrafiyalarının, gətirdiyi elmi yeniliklərin təbiət elmləri tarixində özünəməxsus yerə malik olduğunu vurğulayıb.

AMEA prezidenti görkəmli alimin ölkəmizdə yeni nəsil botaniklərin formalaşmasındakı yorulmaz fəaliyyətindən də bəhs edib, onun dövlətçilik ənənələrinə sadiq, əqidəli, etibarlı şəxsiyyət kimi ehtiramla anıldığını diqqətə çatdırıb. İsa Həbibbəyli bildirib ki, Tofiq Məmmədov hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin müdafiəçisi və icraçılarından biri olub. Akademik əlavə edib ki, Tofiq Məmmədov AMEA-nı bir çox xarici ölkələrdə ləyaqətlə təmsil edib, dünyanın müxtəlif dövlətlərində Azərbaycan elminin nailiyyətlərini təbiətşünas alimlərə təqdim edib və nüfuzlu mükafatlara layiq görülüb. Akademik İsa Həbibbəyli görkəmli alimin vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu söyləyib, bugünkü tədbirin Tofiq Məmmədovun elmi irsinin, zəngin yaradıcılığının gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini qeyd edib.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova "AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra Tofiq Məmmədovun fəaliyyətinin AMEA ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, alimin təşəbbüsü ilə 2014-cü ildə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunmuş və Tofiq Məmmədov ömrünün sonunadək bu müəssisəyə rəhbərlik etmişdir.

AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun elmi fəaliyyətinin əsas istiqamətləri barədə danışan akademik İradə Hüseynova bu istiqamətlərin respublikanın müxtəlif ərazilərində ağac və kol bitkilərinin, xüsusən nadir və məhv olmaq təhlükəsində olan növlərin genofondunun qorunub saxlanılması, biomüxtəlifliyinin artırılması, təbii еhtiyаtlаrının bərpаsı, düzgün və səmərəli istifаdə еdilməsi üçün iqlim şəraitinə uyğun ağac və kol növlərinin introduksiyasının prioritet istiqamətlərinin müəyyən edilməsi, eləcə də ətraf mühitin mühafizəsi üzrə mühüm tövsiyələrin verilməsi ilə bağlı olduğunu vurğulayıb.

Vitse-prezident görkəmli alim Tofiq Məmmədovun Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün qiymətli təkliflər verdiyini də qeyd edib. Məruzəçi Tofiq Məmmədovun yerli və xarici mətbuatda dərc edilən 300-ə yaxın əsərin, 11 patent, 24 monoqrafiya, 6 dərslik, broşüra, kitabça və metodik vəsaitlərin müəllifi olduğunu diqqətə çatdırıb.

"İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin "Böyük Qayıdış”ının ilk nümayəndələrindən biri məhz Tofiq Məmmədov olmuşdur”, - deyən İradə Hüseynova alimin 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak etdiyini vurğulayıb. Bildirib ki, 2021 və 2022-ci illərdə görkəmli alimin rəhbərliyi altında Dendrologiya İnstitutunda tarixi Zəfərə və "Şuşa İli”nə həsr olunmuş ümumrespublika sərgiləri uğurla keçirilib. Tofiq Məmmədov Azərbaycan Respublikasının "Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında yaxından iştirak edib və həyatını da bu yolda faciəli şəkildə itirib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənovanın "Dendrologiya İnstitutunun yaradılması və inkişafında Tofiq Məmmədovun rolu”, Mikrobiologiya İnstitutunun laboratoriya müdiri professor Elman İsgəndərin "Tofiq Məmmədovun Azərbaycan botanika elminə verdiyi töhfələr” mövzusunda məruzələri dinlənilib.

AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Saleh Məhərrəmov və Elşad Qurbanov çıxış edərək Tofiq Məmmədovun Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərindən bəhs edib, alimin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar. Çıxış edənlər Tofiq Məmmədovun hamıya örnək ola biləcək fərqli bir ömür yaşadığını vurğulayıb, onun təkcə alim kimi deyil, həm də təvazökar və səmimi insan, dost olaraq insanlığın zirvəsində dayandığını qeyd ediblər.

Sonda mərhum alimin ailə üzvləri adından qardaşı professor Fəxrəddin Məmmədov çıxış edərək AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Oxunub: 289
Paylaş:
Digər xəbərlər

Ali təhsil

20-04-2023, 20:45

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun elmi biblioqrafiyası çap olunub

Elm və təhsil

16-05-2023, 23:05

Professor Cəlal Qasımovun xatirəsinə həsr edilmiş filmin təqdimatı olub

Ali təhsil / Gündəm

28-04-2023, 10:50

UNEC-də Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib - FOTO

Ali təhsil

6-05-2023, 00:44

Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndərin 100 illiyinə həsr edilən dəyirmi masa keçirilib

Elm və təhsil

15-05-2023, 23:09

AMEA-da “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatı olub - FOTO

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Bugün, 15:45
Lisey və gimnaziyalara seçim prosesi başlanılır
Bugün, 15:44
Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib
Bugün, 15:43
Gənclərin ixtisas qərarına kimlər necə təsir edir?
Bugün, 15:42
Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
Bugün, 15:41
İntizam, yoxsa sərbəstlik: Hansı təhsil sistemi daha effektivdi?
Bugün, 15:40
Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 15:45
    Lisey və gimnaziyalara seçim prosesi başlanılır
  • Bugün, 15:44
    Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib
  • Bugün, 15:43
    Gənclərin ixtisas qərarına kimlər necə təsir edir?
  • Bugün, 15:42
    Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
  • Bugün, 15:41
    İntizam, yoxsa sərbəstlik: Hansı təhsil sistemi daha effektivdi?
  • Bugün, 15:40
    Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq
  • Bugün, 15:39
    Məzunları Britaniya təhsilini təbliğ edir
  • Bugün, 15:39
    Bakıya müəllim axını dayanacaq?: Bölgələrdə təhsil balansını DƏYİŞİR
  • Bugün, 15:38
    Bu şəxslər ixtisas seçimində iştirak edə bilməyəcək - DİM Peşə Təhsili
  • Bugün, 15:37
    Xaricdə təhsil: 351 nəfər Dövlət Proqramını başa vuraraq ölkəyə qayıdıb
  • Bugün, 15:36
    Gürcüstanda bağçada uşaqlara qarşı zorakılıq iddiası: Bağça işçisi saxlanılıb
  • Dün, 13:41
    ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
  • Dün, 13:34
    Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender
  • Dün, 11:43
    Şirvan-Salyanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ
  • Dün, 11:42
    Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
  • Dün, 11:41
    Serbiyada tələbə etirazlarına BMT tənqidi
  • Dün, 11:40
    Uşaqlarda nitq inkişafı: Valideynlər nə zaman narahat olmalıdır?
  • Dün, 11:40
    Bullinq: Zarafat deyil, zorakılıqdır
  • Dün, 11:35
    Qarabağ Universitetinin prorektoru vəzifəsindən azad edildi
  • Dün, 11:35
    Tayvan çip sahəsində beynəlxalq tələbələrə investisiya edir
  • 4-08-2025, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • 4-08-2025, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • 4-08-2025, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • 4-08-2025, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • 4-08-2025, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • 4-08-2025, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • 3-08-2025, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • 3-08-2025, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • 3-08-2025, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • 3-08-2025, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • 2-08-2025, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
Daha çox
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
Dün, 13:41
ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə