"Sabah” kurslarının müəllimi yol qəzasında vəfat edib

“Sabah” kurslarının müəllimi Tahir Zeynalov vəfat edib.
"tehsilmedia.info"ın məlumatına görə, müəllimin ölümünə səbəb minik avtomobilinin onu vurması olub.
Hadisə gecə saatlarında Yasamal rayonu ərazisində baş verib. 1988-ci il təvəllüdlü Tahir Zeynalov ağır xəsarət alaraq hadisə yerində vəfat edib.
Məlumata görə, T.Zeynalov “Sabah kursları”nın müəllimi olub. O, anadan olduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn edilib.



























