Bakı Dövlət Universitetinin (BDU) könüllüləri “Xəzər günü” münasibətilə keçirilən ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak ediblər.
Bu barədə "
tehsil.media"a BDU-dan məlumat verilib.
Aksiya zamanı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Təmiz Şəhər” ASC-nin 100-dən çox gənc könüllüsünün iştirakı ilə Bilgəh çimərliyi ərazisi təmizlənib.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.