Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Elm “yaşıl” iqtisadiyyata “yaşıl” işıq yandırır

Köşə

26-06-2024, 19:31

Elm “yaşıl” iqtisadiyyata “yaşıl” işıq yandırır


Müasir dövrdə ölkə iqtisadiyyatının modernləşdirilməsi, innovativ inkişafı, rəqabət qabiliyyətinin yüksəldilməsi, enerji səmərəliliyinin təmini, ilk növbədə, iqtisadi artıma istiqamətləndirilsə də, əslində əsas məqsəd hər bir cəmiyyət üzvünün həyat şəraitinin yaxşılaşdırılması, büdcənin neft-qaz resurslarından asılılığının əhəmiyyətli dərəcədə azaldılması, qeyri-neft sektorunu inkişaf etdirməklə gələcək nəsillərin davamlı və dayanıqlı normal rifah şəraitinin təmin edilməsidir. Bu problem hazırda formalaşmaqda olan rəqəmsal iqtisadiyyatın yeni prinsiplər əsasında davamlı və dayanıqlı inkişafının təmin olunması kimi müəyyənləşdirilib.

Məlum olduğu kimi, Azərbaycanda ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram 2003-cü ildə qəbul edilib. Həmin proqramın məntiqi davamı kimi qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının, həmçinin “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın, milli iqtisadiyyatın perspektiv inkişafı üzrə strateji yol xəritələrinin də əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, cəmiyyətin rəqəmsallaşmasına, iqtisadiyyatın yaşıllaşdırılmasına, alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə proseslərinin daha da sürətləndirilməsinə nail olmaqdır.

Hazırda dünyanın əksər ölkələrində iqtisadi artım antropogen və texnogen proseslər nəticəsində ətraf mühitin pisləşməsi, təbii balansın pozulması, çirklənmə səviyyəsinin artması, təbii resurslardan israfçılıqla istifadə, biosferin normal mühafizəsinin pozulması və iqlim dəyişikliyi kimi mənfi təzahürlərlə müşahidə olunur. Bunlar isə, insan sağlamlığına zərər vurur və sonrakı nəsillərin normal inkişafına mane olur. Başqa sözlə, insanın rifah halının yüksəlməsinə xidmət etməli olan iqtisadiyyat, onun həyatının yaxşılaşmasına əngəl olur və sağlamlığını təmin etmir.

Ona görə də yeni informasiya və biliklər cəmiyyəti şəraitində modernləşmənin istiqaməti iqtisadi inkişafı təmin edən elə mütərəqqi innovativ texnologiyalara yönləndirilməlidir ki, ətraf təbii mühitin münbitliyi və əlverişliliyi saxlanılsın və yaxşılaşdırılsın. Belə olan halda ekoloji təhlükəsizlik həm iqtisadi artım, həm də insanın özünün daha yaxşı və sağlam mövcudluğu üçün həlledici amilə çevrilir. Bütün bu kimi problemlərin həlli müvafiq texnologiyaların geniş tətbiqi əsasında cəmiyyətin və iqtisadiyyatın həm rəqəmsal, həm də yaşıl transformasiyasını tələb edir.Birləşmiş Millətlər Təşkilatının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ətraf Mühit Proqramı kimi beynəlxalq təşkilatlar yaşıl inkişafı və ya yaşıl iqtisadiyyatı ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal və istehlakı kimi, həmçinin yaşıl inkişafa və texnologiyalara yatırılan investisiyaları nəzərdə tutan bir proses kimi qəbul edirlər. Beynəlxalq təşkilatlar yaşıl iqtisadiyyatın formalaşmasını daha çox qlobal maliyyə-iqtisadi böhrandan perspektiv çıxış istiqamətlərindən biri kimi nəzərdən keçirirlər. Yaşıl iqtisadiyyat konsepsiyası davamlı inkişaf konsepsiyasını tam əvəz etmir. Ancaq dayanıqlığın əldə olunması da, demək olar ki, iqtisadiyyatın düzgün formalaşmasından və yaşıllaşdırılmasından asılıdır.

Yaşıllaşdırma prosesi prinsip etibarı ilə cəmiyyətin və iqtisadi inkişafin yeni mərhələsi kimi xarakterizə olunur. Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafın təmin edilməsi insanın iqtisadi fəaliyyətində yeni prioritetlərin formalaşmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edən cəmiyyət üzvlərinin yaşıl həyat tərzi, yaşıl təfəkkürü, yaşıl düşüncəsi və yaşıl intellektdir. Bu istiqamətdə yaşıl iqtisadiyyatın formalaşması həm ətraf mühitin qorunmasının, həm də mövcud olan təbii ehtiyatlara və biliyə əsaslanan uzunmüddətli inkişafın təmin edilməsinin əsas yoludur.

Yaşıl iqtisadiyyatın formalaşması ilə əlaqədar Azərbaycandakı vəziyyətlə tanışlıq göstərir ki, burada davamlı inkişafın bir komponenti kimi yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan yaşıl iqtisadiyyatın inkişafı üçün güclü potensial imkanlara malikdir. Lakin mövcud zəif tərəflər və təhlükələr də yaşıl iqtisadiyyatın inkişafını ləngidir. Hazırda yaşıl iqtisadiyyatın sistem yaradan paradiqması – insan kapitalının inkişafı Azərbaycanda dövlətin iqtisadi siyasətinin təməlini təşkil edir. Bu siyasət çərçivəsində həyata keçirilən yoxsulluqla mübarizə, davamlı inkişaf, regionların sosial-iqtisadi inkişafı, ərzaq və enerji təhlükəsizliyi, təhsil, informasiya və kommunikasiya texnologiyaları və s. kimi kompleks proqramların icrası nəzərdə tutulan hədəflərin yerinə yetirilməsini təmin edəcəkdir.Azərbaycan yaxın keçmiş olan 1990-cı il ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Qlobal dünyamızın strateji mövqeyə malik ən əsas ölkələrindən biri kimi iqlim dəyişmələrinin və ekoloji pozuntuların fəsadlarına qarşı mübarizəyə öz töhfəsini vermək əzmindədir.

2020-ci ildə erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet məsələlərdəndir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir və zəruri ekosistem formalaşdırılır. Bütövlükdə isə, yaşıl enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Təsadüfi deyil ki, ölkəmiz elektrik enerjisi istehsalının ümumi həcmində bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi kimi dəyərləndirilməlidir. Bu istiqamətdə həm Azərbaycanda, həm də digər ölkələrin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəsində beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar ölkəmizin alim və mütəxəssisləri, yaradıcı insanları, başqa sözlə, hər bir şəxs və qurum bu böyük qlobal planetar əhəmiyyətə malik işlərin həyata keçirilməsində yaxından iştirak etməkdədir.

Bir faktı da vurğulayaq ki, cəmiyyətin və iqtisadiyyatın yaşıllaşdırılmasında rəqəmsallaşmanın, rəqəmsal texnologiya və transformasiyaların çox böyük potensial imkanları olduğuna görə cəmiyyətin iqtisadi inkişafında yaşıl və rəqəmsal transformasiyalar paralel olaraq qarşılıqlı əlaqədə inkişaf və tətbiq olunmalıdır. Təsadüfi deyil ki, son onilliklərdə qəbul olunan inkişaf konsepsiyalarında və milli strategiyalarda ətraf mühit problemlərinin həllində İKT amilinə böyük diqqət yetirilib. Yeri gəlmişkən, İKT sektorunun Azərbaycandakı inkişaf prosesinin 2025-ci ildən sonrakı dövrlərdə də müntəzəm olaraq davam etdirilməsi planlaşdırılır. Uzunmüddətli perspektivdə yaşıl və rəqəmsal iqtisadiyyatla bağlı hədəf-baxışın icrasını təmin etmək məqsədilə innovasiya yönümlü texnoloji-ekoloji savadlılıq səviyyəsi yüksəldiləcək, orta, peşə təhsili müəssisələrində və universitetlərdə istedadlı şagird-tələbələrin hazırlanmasına xüsusi diqqət yetiriləcək. Texnoloji-ekoloji savadlılığın artırılması və yaşıl innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə universitetlərin və müvafiq məktəblərin tədris proqramlarına əlavə dərslər daxil ediləcəkdir.Xatırladaq ki, yaşıl innovativ texnologiyaların rəqəmsallaşması ilə əlaqədar olan bu kimi proseslər Azərbaycanın 2030-cu ilə qədər Sosial-iqtisadi inkişafı üzrə Milli Prioritetlərində də əksini tapıb. 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafına dair müvafiq Milli Prioritetlərin icrası reallaşdırılmalıdır. Başqa sözlə, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat və dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət qurulmalıdır. Bu müddətdə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı da formalaşdırılmalıdır. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış həyata keçirilməklə təmiz ətraf mühit yaradılmalıdır. Bununla yanaşı, ölkədə təmiz ətraf mühitin rəqəmsallaşmasına və yaşıl iqtisadi artıma nail olmaq istiqamətində qlobal iqlim dəyişikliklərinin miqyası nəzərə alınaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə ola bilər.

Sonda onu da qeyd edək ki, uzunmüddətli iqtisadi inkişafın və ekoloji tarazlığın təmin edilməsində informasiya və bilik cəmiyyətinin, İKT-nin qarşısında ümumən bir çox problemlər durur. Bu sahədə əsas məsələlərdən biri yaşıl iqtisadiyyat texnologiyalarının işlənilməsi və tətbiqi ilə bağlıdır. Ona görə də Azərbaycan iqtisadiyyatı və cəmiyyəti, ilk növbədə, postsənaye iqtisadiyyatının yaşıllaşdırılması texnologiyalarından ən səmərəli formada istifadə etməlidir. Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi üsulu ilə qeyri-neft sektorunun inkişafına nail olunmalı, yüksək texnologiyaların geniş tətbiqi ilə informasiya və bilik iqtisadiyyatının özünün də yaşıllaşdırılması həyata keçirilməlidir.

Əlövsət ƏLİYEV,

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

Oxunub: 172
Paylaş:
Digər xəbərlər

Ali təhsil

29-04-2024, 14:36

LDU-da “yaşıl” iqtisadiyyatla bağlı konfrans

Ali təhsil

23-01-2024, 17:14

Rektor: Azərbaycan artıq beynəlxalq münasibətlərin fəal “yaşıl” aktoruna çevrilib

Elm və təhsil

27-02-2024, 16:35

Professor: Yaşıl universitet və ona uyğun ixtisaslar yaradılmalıdır

Elm və təhsil

26-12-2023, 15:03

Birinci “Yaşıl şəbəkə” festivalı təşkil olunub

Ali təhsil

16-11-2023, 16:01

Rəqəmsal iqtisadiyyata həsr olunan III beynəlxalq elmi konfrans keçirilir

Araşdırma
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Elm və Təhsil
Bugün, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Bugün, 13:29
I sinfə elektron qəbul davam edir
Bugün, 13:26
1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
Bugün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bugün, 07:37
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Dün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Hadisə
Dün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
Son xəbərlər
  • Bugün, 16:59
    Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
  • Bugün, 13:29
    I sinfə elektron qəbul davam edir
  • Bugün, 13:26
    1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
  • Bugün, 07:55
    Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
  • Bugün, 07:37
    Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
  • Dün, 15:09
    Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
  • Dün, 10:38
    Sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır
  • Dün, 10:37
    Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!
  • Dün, 10:35
    I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI
  • Dün, 10:25
    Azərbaycan tarixində təhsillə bağlı ilk! - 6 universitet TOP1000-də
  • Dün, 10:23
    Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
  • 18-06-2025, 23:13
    İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
  • 18-06-2025, 20:42
    Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
  • 18-06-2025, 17:16
    Sosial-İqtisadi Kollecinin direktoru ilə bağlı ŞOK İDDİA: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
  • 18-06-2025, 17:05
    DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
  • 18-06-2025, 13:45
    Məktəbəhazırlıq qruplarına qəbul başlayır
  • 18-06-2025, 12:51
    Sertifikatlaşdırma prosesinə start verilib
  • 18-06-2025, 12:50
    Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib
  • 18-06-2025, 12:49
    Cənub bölgəsində bu qədər müəllim sertifikasiyadan KEÇƏCƏK
  • 18-06-2025, 12:48
    MİQ müsabiqəsinin ilk mərhələsi YEKUNLAŞDI
  • 18-06-2025, 12:47
    Bu müəllimlər sual hazırlamaq üçün DİM-ə dəvət olunur - RƏSMİ
  • 18-06-2025, 11:58
    İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq
  • 18-06-2025, 11:57
    Psixoloqlar müsahibəyə cəlb olunacaq
  • 18-06-2025, 11:56
    Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
  • 18-06-2025, 11:55
    Yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır - Məleykə Abbaszadə
  • 18-06-2025, 11:38
    Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
  • 17-06-2025, 19:13
    Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?!
  • 17-06-2025, 18:31
    Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB
  • 17-06-2025, 18:30
    100-dən çox müəllim sertifikasiyada könüllü iştirak edəcək
  • 17-06-2025, 18:29
    Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK - YENİLİK
  • 17-06-2025, 18:28
    “BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
  • 17-06-2025, 18:26
    Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
  • 17-06-2025, 15:15
    Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
  • 17-06-2025, 15:14
    6030 müəllim təlimlərdən keçib
  • 17-06-2025, 14:48
    6030 müəllim təlimlərdən keçib
Daha çox
18-06-2025, 20:42
Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
14-06-2025, 16:55
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
18-06-2025, 23:13
İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
Bugün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
18-06-2025, 17:05
DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
14-06-2025, 11:00
216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə