Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Sertifikasiya! - Maaşların hesablanmasına dair GÖZLƏNİLƏN TƏKLİF

Sertifikasiya! -  Maaşların hesablanmasına dair GÖZLƏNİLƏN TƏKLİF

Elçin Əfəndi:“Könül istərdi ki, 30-40 bal aralığı 10 faiz, 40-50 bal aralığı 20 faiz, 51 bal və üzəri 35 faiz artım olaraq müəyyənləşdirilsin”

Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesi 24 iyun tarixindən etibarən yekunlaşıb.

İmtahan verən müəllimlərin narazılıqları 30 bal toplayan müəllimlə 50 bal yığan müəllim arasında fərq qoyulmaması, əmək haqlarının eyni səviyyədə artımı ilə bağlıdır.

Bir çox müəllim bu prosesə dair narazılığını dilə gətirir və qərarın dəyişdirilməsini tələb edir.

Maraqlıdır, müəllimlərın iddialarında həqiqət payı varmı və onların istəyi, tələbi nəzərə alına bilərmi?

Sertifikasiya! -  Maaşların hesablanmasına dair GÖZLƏNİLƏN TƏKLİF

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi sertifikasiya prosesi ilə bağlı qərarda hər hansı bir dəyişikliyin olacağını gözləmədiyini vurğulayıb:

“Sertifikasiya imtahanında 30 bal toplayan müəllimlə 50 bal yığan müəllimin eyni səviyyədə tutulmasını ədalətsiz hesab etmələri doğru deyil. Proses haqqında hamı məlumatlı idi və belə olacağını bilirdilər. Əgər bu qərarın ədalətli olmadığı düşünülürsə, gərək ötən ildən etiraz edərdilər. Sertifikasiyanın ilk dəfə keçirildiyi il bu barədə müəllimlərdən kütləvi şəkildə şikayət gəlsəydi, daha effektiv bir qərar qəbul oluna bilərdi. Amma düşünürəm ki, bundan sonra hər hansı bir dəyişiklik olmayacaq”.

Ekspert sertifikasiya imtahanından bala uyğun əmək haqqının artımı barədə təklif irəli sürüb:

“Məlumdur ki, əmək haqların hesablanması məsələsində, 30-50 bal arası 10 faiz, 51 bal və üzəri 35 faiz artım nəzərdə tutulur. Könül istərdi ki, 30-40 bal aralığı 10 faiz, 40-50 bal aralığı 20 faiz, 51 bal və üzəri 35 faiz artım olaraq müəyyənləşdirilsin. Amma hazırkı qərar həm Elm və Təhsil Nazirliyi tərəfindən, həm müvafiq əmək haqlarının hesablanmasına nəzarət edən qurum tərəfindən, həm də Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.Və bundan sonra hansısa dəyişikliyin olması gözlənilmir. Bəlkə, bu məsələ etiraz dalğası yaradarsa, saysız şikayətə səbəb olarsa, məsələyə yenidən baxıla bilər. Amma hesab edirəm ki, prosesin belə olması müəllimlər arasında rəqabəti daha çox gücləndirir.

E.Əfəndi sertifikasiya imtahanını ali məktəblərə qəbul imtahanı ilə müqayisə edib:

“Sertifikasiya imtahanlarını abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanı ilə müqayisə edirəm. Məsələn, abituriyent 199 bal toplayıbsa, yalnız 150 ballıq ixtisasların müsabiqəsində iştirak edə bilir. 1 bala görə bütün ixtisasların müsabiqəsində iştirak edə bilmir. Burada da eyni qayda da 1 bala görə müəllimlər 35 faizlik əmək artımına düşə bilmirlər. Tələb ondan ibarətdir ki, müəllimlər daha yaxşı bilik və bacarıqlara malik olsun, imtahanlara daha ciddi, yüksək səviyyədə hazırlaşsınlar”.

Oxşar xəbərlər

Bütün xəbərlər