Müəllimlər budəfəki maaşı vaxtından əvvəl ALDILAR

Təhsil işçləri iyun ayının maaşını vaxtından əvvəl almağa başlayıblar.
tehsilmedia.info xəbər verir ki, Qurban bayramı ilə əlaqədar dünən bütün müəllimlərin məvacibləri onların öz hesablarına köçürülüb.
Xatırladaq ki, 28-29 iyun tarixləri Azərbaycanda Qurban bayramı kimi qeyd edilir.



























