Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

SDU-da Zəfər Bayramı qeyd edilib - FOTO

SDU-da Zəfər Bayramı qeyd edilib - FOTO


Noyabrın 7-də Sumqayıt Dövlət Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 1-ci müavini Teymur Səmədov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisi Natiq Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin rəis müavini Səbuhi Əliyev, Sumqayıt şəhər prokuror köməkçisi İmran Əhmədov, Sumqayıt hərbi prokuroru Raul Şahverdiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin rəisi Fuad Babayev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.
Əvvəlcə universitetin rektoru Rüfət Əzizov və qonaqlar Ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətindəki xatirə abidəsini ziyarət ediblər və abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə “Zəfərin rəngi” adlı fotosərgiyə baxış keçirildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və videoçarx nümayiş olunub.

Universitetin rektoru Rüfət Əzizov çıxış edərək Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi xəttini və ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən şanlı Azərbaycan Ordusu xalqımıza möhtəşəm Zəfər Günü bəxş etdi. Rüfət Əzizov onu da qeyd edib ki, bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Müstəqil Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində 2020-ci ilin 27 sentyabrından zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldı. Zəfər bayramının artıq 3 ili tamam olur. Amma budəfəki Zəfər bayramının əvvəlki iki ildə keçirdiyimizdən böyük fərqi var. Fərqi ondadır ki, tarixi zəfərimizdən 3 il sonra 8 noyabrda Azərbaycan Ordusu Xankəndidə hərbi parad keçirəcək. Bütün bunlar tarixi uğurlardır və onların müəllifi də cənab Prezident İlham Əliyevdir.
Sumqayıt şəhər İcra Başçısının 1-ci müavini Teymur Səmədov çıxış edərək Müzəffər Ali Baş Komandana xalqın inamından, müdrik siyasətindən söz açıb. Qeyd edib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu ilin oktyabrın 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Dövlət başçımız üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla sübut etdi ki, Azərbaycan xalqı və dövləti güclüdür, torpaqlarının sahibidir.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi gücündən, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından danışdı. Bildirdi ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülh və firavanlıq üçün də etibarlı zəmin yaratdı.
Tədbirdə 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin parlaq səhifələrindən, həmin günün Azərbaycan xalqının iftixar və qürur gününə çevrilməsindən bəhs edən “Oyuncaq möcüzəsi” adlı tamaşa nümayiş olunub

Tədbir ədəbi-bədii və konsert proqramı ilə yekunlaşıb.

SDU-da Zəfər Bayramı qeyd edilib - FOTO
SDU-da Zəfər Bayramı qeyd edilib - FOTO
SDU-da Zəfər Bayramı qeyd edilib - FOTO
SDU-da Zəfər Bayramı qeyd edilib - FOTO
SDU-da Zəfər Bayramı qeyd edilib - FOTO

Oxşar xəbərlər


Bütün xəbərlər

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün