Xəbər lentiwidget-title-icon

FİKRƏT FƏRHADOĞLU - 50: BİR İCİM SU KİMİ İCİLƏN ÖMÜR...
“Bakı Fəaliyyətə Çağırış” sənədi
Sertifikasiya imtahanında texniki xəta: bəzi nəticələrdə fərqlər yaranıb
Bu qrupda rəqabət pik həddə çatır - Təhsil ekspertindən XƏBƏRDARLIQ
Yerə düşən Azərbaycan bayrağını qaldıran məktəbli mükafatlandırıldı - FOTO
Əgər universitet dünya elminə təsir etmirsə...
Müəllimlər ən çox bu ölkələrdə qazanır - ildə 170 min dollardan çox maaş...
Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının finalı keçiriləcək
Qanun bu şəxslərin müəllim işləməsini QADAĞAN edir
Tələbələr arasında “Vergilər” mövzusunda olimpiada keçiriləcək
Məktəblilərarası I Xor Festivalının seçim mərhələsi baş tutub
Məktəblimiz Asiya-Pasifik İnformatika Olimpiadasında MEDAL qazanıb
Sertifikatlaşdırma üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır
DİM: Yeni tələb yazı bacarıqlarına daha çox diqqət yetirilməsini zəruri edir
Şagirdlərin elektron qəbulu: Valideynlərə yaşadılan növbəti "süründürməçilik"
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
BMT rəsmisi: Şəhərsalmada uşaqlar və gənclərin maraqları nəzərə alınmalıdır
FHN liseydə təlim keçirib - FOTO
Bu gün buraxılışın nəticələri açıqlanacaq? - DİM-dən CAVAB
Prezident Avrasiya Milli Universitetinin rektoruna təbrik ünvanlayıb
WUF13-ün son günü: nələr olacaq?
DİM imtahan keçirəcək
ADA Universitetinin prorektoru təhsil liderləri üçün ustad dərsi keçib
NDU məzunu 3 nüfuzlu universitetdən qəbul təklifi alıb
Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultaya həsr olunmuş beynəlxalq simpozium keçirilir

AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı keçirilib

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin özbək şairi Məhəmməd Salihin cağatay türkcəsindən ana dilimizə tərcümə etdiyi “Şeybaninamə” poemasının təqdimatı keçirilib.

AMEA-dan "tehsilmedia.info"a" bildirilib ki, təqdimat mərasimini giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əvvəlcə özbək şairi Məhəmməd Salih və onun “Şeybaninamə” məsnəvisi haqqında fikirlərini bölüşüb, Məhəmməd Şeybani xanın tarixdəki yerindən danışıb.

Bölmə sədri belə şəxsiyyətlərə həsr olunmuş əsərlərin tarixi keçmişin öyrənilməsinə təsirindən, eləcə də həmin əsərlərin ana dilimizə tərcüməsinin əhəmiyyətindən söz açıb, professor Əbülfəz Quliyevin tərcüməçilik fəaliyyətindən, bugünədək nəşr olunan əsərlərindən bəhs edib.

İsmayıl Hacıyev Azərbaycanda Atatürk Mərkəzinin xətti ilə çap olunmuş kitabı Azərbaycan-özbək ədəbi əlaqələrinin möhkəmləndirilməsinə növbəti töhfə kimi qiymətləndirib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov tədbirdə “Azərbaycan-özbək ədəbi əlaqələri və professor Əbülfəz Quliyevin tərcüməsində “Şeybaninamə” məsnəvisi” mövzusunda məruzə edib.

Alim Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi, həmin əlaqələrin sonrakı inkişafı və orta əsr özbək ədəbiyyatının seçilən nümayəndələri haqqında məlumat verib. Problemin ədəbiyyatşünaslıqdakı yerindən bəhs edərək, bir sıra tədqiqatçıların mövzu ilə bağlı araşdırmalarını diqqətə çatdırıb.

Ramiz Qasımov professor Əbülfəz Quliyevin tərcüməsində anadilli oxuculara təqdim olunan əsəri əhatəli təhlil edib. Alim bildirib ki, minacat, lirik mənzumələr və tarixi hadisələrin əksini tapdığı 80 babdan ibarət “Şeybaninamə” məsnəvisi əruz vəzninin rəməl bəhrində qələmə alınıb.

Poemada təsvir olunan hadisələrin təsvirindən, onların orijinallığını qorumaq şərti ilə Azərbaycan dilinə peşəkar tərcüməsindən danışan tədqiqatçı diqqətə çatdırıb ki, kitabda məsnəvinin tərcüməsi onun transkripsiyası ilə birgə təqdim olunub. Bu isə əsərin cağatay və azərbaycandilli variantları arasında müqayisəni asanlaşdırır.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev ““Şeybaninamə”də tarix: faktlar və toponimlər” adlı məruzə edib.

Əvvəlcə poemada əksini tapan tarixi hadisələri diqqətə çatdıran alim Avropa səyyahlarının XII-XVI əsrlərə aid əsərlərində Azərbaycan dilinin işlədilmə arealı, türk xalqları arasındakı ədəbi-mədəni əlaqələr barədə qeydləri təqdimat iştirakçılarının nəzərinə çatdırıb.

Məruzəçi qeyd edib ki, əsərdə bir çox şəxs və yer adları işlədilib. Həmin adların siyahı şəklində kitaba əlavə olunması, xüsusilə tədqiqatçılar üçün böyük önəm daşıyır.

“Şeybaninamə”də qeyd olunan adlardan bir çoxunun etimologiyası haqqında müfəssəl məlumat verən Firudin Rzayev türk tayfalarının qədim tarixindən, as, xaçmataq, hürrü, asər türklərinin indiki Özbəkistan ərazisinə yayılmasından danışıb, bu bilgilərin daha geniş oxucu kütləsinə çatdırılmasında professor Əbülfəz Quliyevin xidmətlərindən söz açıb.

Sonda çıxış edən Əbülfəz Quliyev əsərlə ilk tanışlığı, onun tərcümə variantları ilə bağlı fikirlərini dinləyicilərlə bölüşüb, təqdimat mərasiminin təşkilinə və fəaliyyətinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkür edib.

Oxşar xəbərlər

Bütün xəbərlər