Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

“Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib - FOTO

 

AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib.

AMEA-dan "tehsilmedia.info"a verilən məlumata görə, konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilər Ulu Öndərin həyatını, ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Daha sonra Naxçıvan Bölməsində təşkil olunan "Heydər Əliyev - 100” adlı sərgiyə baxış olub.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli” elan olunduğunu, noyabr ayının 28-də 18 maddədən ibarət Tədbirlər Planının təsdiq edildiyini bildirib. Ümummilli Liderin zəngin siyasi irsinin hərtərəfli öyrənilməsi məqsədilə elmi-kütləvi tədbirlərin keçirildiyini diqqətə çatdıran bölmə rəhbəri belə tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.

Konfransda "Azərbaycanla adı qoşa çəkilən Ümummilli Lider” mövzusunda məruzə edən akademik İsmayıl Hacıyev diqqətə çatdırıb ki, hərtərəfli biliyə, yüksək idarəçilik qabiliyyətinə, əsl siyasi uzaqgörənliyə sahib Heydər Əliyev şəxsiyyəti dünyanın ən tanınmış siyasi xadimləri ilə eyni nüfuza malikdir. Təsadüfi deyil ki, dünya siyasətində həlledici rol oynamış liderlər Ulu Öndərin idarəçilik bacarığını, liderlik xüsusiyyətlərini təqdir etmişlər. Akademik bəzi dövlət xadimlərinin Heydər Əliyev barədə söylədikləri fikirlərdən sitatlar gətirərək qeyd edib ki, ölkəmizin dünya siyasət meydanında tanınması dahi rəhbərin yorulmaz və uzaqgörən fəaliyyətinin nəticəsidir. Heydər Əliyevin adının Azərbaycanla qoşa çəkildiyini qeyd edən İsmayıl Hacıyev Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə iqtisadi, sənaye, mədəni, aqrar və başqa sahələrdə qeydə alınan nailiyyətlərdən söz açıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli konfransda "Ümummilli Lider Heydər Əliyevin bir millət iki dövlət düsturu Azərbaycan - Türkiyə birliyinin yol xəritəsidir” mövzusunda məruzə edib. Alim ölkəmizin bugünkü inkişafının, əldə olunan uğurların dahi rəhbər Heydər Əliyevin hazırladığı sağlam təməllər əsasında formalaşdığını bildirib. Ulu Öndərin Türk dünyasına, xüsusilə Türkiyə ilə münasibətlərə xüsusi önəm verməsindən, bu mövzuda gənclərə verdiyi tövsiyələrdən danışıb.

Məruzəçi Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qardaş Türkiyəyə ilk rəsmi səfərindən, "Ümid körpüsü”nün açılmasından, habelə sonralar ölkəyə rəhbərliyi zamanı etdiyi səfərlərdən və imzalanan mühüm əhəmiyyətə malik sənədlərdən söz açıb.

Eynulla Mədətli Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” fikrinin mahiyyətindən, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın xarici diplomatiyasının formalaşdığı dövrdə, eləcə də blokada vəziyyətində olan Naxçıvan əhalisinə Türkiyənin dəstəyindən danışıb. 2009-cu ildə imzalanan Naxçıvan Bəyannaməsini Heydər Əliyev ideyalarının uğurlu davamı kimi xarakterizə edib. Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin dəstəyinin bu qardaşlığın davamı olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin məruzəsi "Heydər Əliyevin İpək yolu strategiyası və Azərbaycan” mövzusunu əhatə edib. Rektor Heydər Əliyevin memarı olduğu İpək yolu layihəsinin bugün reallaşmış nəticələrindən danışıb. Azərbaycanın coğrafi üstünlüyündən qaynaqlanan, müəllifi və təşəbbüskarı olduğu layihələrin perspektivlərindən söz açan Elbrus İsayev qlobal layihələrin önəmindən, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində ölkəmizin daşıdığı logistik mərkəz funksiyasından, hava nəqliyyat marşrutlarının mümkün perspektivlərindən bəhs edib.

Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə müəyyənləşdirdiyi inkişaf strategiyası və bu uzaqgörənliyin Azərbaycanın bugünkü inkişafı üçün qazandırdığı töhfələrdən danışan alim, həmçinin Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyinə müsbət təsirlərini diqqətə çatdırıb.

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev konfransda "Ümummilli Lider Heydər Əliyev və türk dünyası” mövzusunda məruzə edib.

Professor türk xalqlarının birliyinə hər zaman xüsusi önəm verən Ulu Öndər Heydər Əliyevin milli ideallarımıza həmişə böyük hörmətlə yanaşdığını, tariximizin və mədəniyyətimizin köklərinə nüfuz edən mühüm məsələlərə xüsusi diqqət yetirdiyini qeyd edib.

Ümummilli Lider Heydər Əliyevin türk yazılı abidələrinin qorunması və təbliği işinə diqqətindən söz açan alim ulu öndərin "Kitabi-Dədə Qorqud”un 1300, "Manas”ın 1000, qazax şairi, filosofu Abayın 150, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, ədəbiyyatımızın görkəmli nümayəndəsi Məhəmməd Füzulinin 500 illik yubileyinin türk dövlətlərinin bir yerdə qeyd etmələrini böyük tarixi hadisələr kimi qiymətləndirməsindən, tanınmış qazax şairi Oljas Süleymenova göstərdiyi dəstəkdən danışıb.

Konfransda "Heydər Əliyevin milli irsimizin tədqiqinə qayğısı” mövzusunda məruzə edən Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işinə diqqətindən, məsələ ilə bağlı görülən tədbirlərdən söz açıb.

Bu fəaliyyətin müstəqillik illərində də davam etdirildiyini bildirən professor Heydər Əliyevin göstərişi ilə tarix mədəniyyət abidələrinin qorunması və elmi tədqiqatların hüquqi bazasının yaradıldığını, 1998-ci il aprelin 10-da "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun qəbul olunduğunu xatırladıb.

Alim tariximizin, ulu əcdadlarımızın, habelə Naxçıvanın bölgədəki ictimai-siyasi, mədəni və iqtisadi rolunun öyrənilməsi məqsədilə həyata keçirilən yerli və beynəlxalq səviyyəli arxeoloji ekspedisiyalar, arxeoloji qazıntılar nəticəsində əldə olunan mühüm maddi mədəniyyət nümunələri və elmi faktları diqqətə çatdırıb.

Konfrans öz işini bölmə iclasları üzrə davam etdirib.


Oxşar xəbərlər


Bütün xəbərlər

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün