Yerə düşən Azərbaycan bayrağını qaldıran məktəbli mükafatlandırıldı - FOTO
Qazaxıstanın Türküstan şəhərində yerə düşən
Azərbaycan bayrağını qaldıran məktəbli mükafatlandırılıb.
Redaktor.az yerli KİV-ə istinadən xəbər verir ki, 11-ci sinif şagirdi Nursultan Bazarbayul vilayət polis idarəsinin rəisi ilə görüşə dəvət olunub.
Görüş zamanı polis idarəsinin rəisi Arıstanqani Zapparov şagirdin vətəndaş mövqeyini, məsuliyyətini və dövlət rəmzlərinə hörmətini yüksək qiymətləndirib və minnətdarlığını bildirib. Vilayət polisinin rəisi Nursultana Şerxan Murtazanın mənəvi dəyərlər haqqında kitabını hədiyyə edib.
Polis idarəsinin rəisi şagirdə təhsilində uğurlar arzulayıb və onun ölkəsinin savadlı və layiqli vətəndaşı olacağına əminliyini bildirib. Nursultan da öz növbəsində onlara diqqətlərinə görə təşəkkür edib və görüşün onun üçün böyük şərəf olduğunu qeyd edib. Türküstanda çəkilmiş video sosial mediada geniş paylaşılıb və müsbət ictimai rəylər alıb.
Tələbənin bu hərəkəti təkcə Qazaxıstanda deyil, həm də Azərbaycanda dəstəklənib və bu, iki ölkə arasında dostluq və qarşılıqlı hörmətin simvolu adlandırılıb.



























