Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

AMEA-nın və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Bakıda keçirilən “Beynəlxalq Oğuz Türkcəsi Konfransı” öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclası ilə davam etdirib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli son illərdə türk dövlətlərinin inkişafı istiqamətində dövlətlər səviyyəsində əhəmiyyətli tədbirlərin görüldüyünü, Türk dünyasının dünyada öz mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycanın bu günlərdə həyata keçirdiyi antiterror tədbirləri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi, İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün siyasi danışıqların aparılması və s. kimi tədbirlər türk xalqlarının həmrəyliyinin, türkün qüdrətinin bariz nümunəsidir.

Akademik İsa Həbibbəyli yeni dönəmin gətirdiyi reallıqların alimlərimiz qarşısında da yeni vəzifələr qoyduğunu qeyd edərək müasir dövrdə milli-mənəvi dəyərləri qorumaq və inkişaf etdirmək, eləcə də müstəqil dövlətçilik təfəkkürünü möhkəmləndirməyin önəminə toxunub.

AMEA prezidenti türk xalqlarının ortaq problemlərinin həllinə həsr olunmuş bugünkü tədbirin təşkilində göstərdiyi dəstəyə görə Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örsə təşəkkürünü bildirib. O, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən hər il ədəbiyyatın müxtəlif sahələri üzrə müsabiqənin keçirildiyini deyərək builki şeir üzrə təşkil edilmiş müsabiqənin qaliblərinin bugünkü konfrans çərçivəsində mükafatlandırılması mərasiminin keçirildiyini də diqqətə çatdırıb.

Daha sonra Türk Dil Qurumunun başqanı, professor Osman Mert çıxış edərək türkdilli dövlətlər arasında bir çox sahələrdə, o cümlədən elm, mədəniyyət, incəsənət sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini, birgə layihələrin icra olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Türk Dil Qurumu bu istiqamətdə həyata keçirilən işlərə, görülən tədbirlərə hər zaman dəstək verir.

Tədbirdə akademik Nizami Cəfərov “Türk dilləri ailəsində Oğuz türkcəsinin yeri və mövqeyi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə “Türk dilləri” anlayışından, türk xalqları üçün vahid dil ideyasından, ədəbi dil məsələlərindən, o cümlədən Oğuz dillərinin türk dilləri içərisindəki müqayisəli tarixi yerinin (sistem-struktur, antroposentrik, dil nə nitq baxış-bucaqları baxımından) müəyyən edilməsindən, bəhs edilib. Bildirilib ki, müasir türk dilləri qədim tarixi olan lüğət tərkibinə, inkişaf etmiş qrammatik quruluşuna, zəngin ünsiyyət ənənələrinə malik bir kök dilin varisləri kimi yaranmış, təşəkkül etmiş və müasir dövrdə böyük inkişaf potensialına malik dil ailələrindən biridir.

Nizami Cəfərov bildirib ki, qədim türk ədəbi dilinin istər tarixi, istərsə də coğrafi koordinatlarının az-çox dəqiq müəyyən edilməsi üçün ilk növbədə, qədim türk dili anlayışının özünün mənasını aydınlaşdırmaq lazım gəlir. O, Altay nəzəriyyəsinə əsaslanaraq qeyd edib ki, türk dili Altay dilinin diferensiasiyası nəticəsində meydana çıxmış üç dildən (türk, monqol və tunqus-mancur) biridir. Məruzəçi türk dilinin daha geniş yayılması, sosial nüfuzu, ifadə imkanlarının zənginliyi ilə hər zaman fərqləndiyini qeyd edib. Bildirib ki, dilin mövcudluğunun əsas şərtinin davamlı diferensiasiya prosesi olduğunu nəzərə alsaq, türk dili Altay dilinin məlum dialektlərə diferensiasiyasının sona yaxınlaşması türk dilinin ayrı-ayrı dialektlərə diferensiasiyasının başlanması arasında qərar tutmuşdur.

Məruzəçinin sözlərinə görə, qədim türk ədəbi dili oğuz koynesi üzərində təşəkkül tapsa da, digər türk tayfa dillərinin (dialektlərinin) xüsusiyyətlərini də özündə ehtiva etdiyinə görə ümumtürk xarakteri daşıyır.

“Hər bir türk dili ədəbi yazılı mənbələrdən meydana çıxır”, - deyən Nizami Cəfərov türkologiyada türk dillərinin pasportlaşdırılması işlərinin görülməsinin zəruriliyinə toxunub.

Tədbirdə, həmçinin “Azərbaycanda Oğuz türkcəsinin tədqiqi ənənələri və qarşıda duran vəzifələr”, “XI-XIII yüzillikdə Səlcuqlu coğrafiyası türkcəsinin durumu” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər