Xəbər lentiwidget-title-icon

FİKRƏT FƏRHADOĞLU - 50: BİR İCİM SU KİMİ İCİLƏN ÖMÜR...
“Bakı Fəaliyyətə Çağırış” sənədi
Sertifikasiya imtahanında texniki xəta: bəzi nəticələrdə fərqlər yaranıb
Bu qrupda rəqabət pik həddə çatır - Təhsil ekspertindən XƏBƏRDARLIQ
Yerə düşən Azərbaycan bayrağını qaldıran məktəbli mükafatlandırıldı - FOTO
Əgər universitet dünya elminə təsir etmirsə...
Müəllimlər ən çox bu ölkələrdə qazanır - ildə 170 min dollardan çox maaş...
Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının finalı keçiriləcək
Qanun bu şəxslərin müəllim işləməsini QADAĞAN edir
Tələbələr arasında “Vergilər” mövzusunda olimpiada keçiriləcək
Məktəblilərarası I Xor Festivalının seçim mərhələsi baş tutub
Məktəblimiz Asiya-Pasifik İnformatika Olimpiadasında MEDAL qazanıb
Sertifikatlaşdırma üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır
DİM: Yeni tələb yazı bacarıqlarına daha çox diqqət yetirilməsini zəruri edir
Şagirdlərin elektron qəbulu: Valideynlərə yaşadılan növbəti "süründürməçilik"
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
BMT rəsmisi: Şəhərsalmada uşaqlar və gənclərin maraqları nəzərə alınmalıdır
FHN liseydə təlim keçirib - FOTO
Bu gün buraxılışın nəticələri açıqlanacaq? - DİM-dən CAVAB
Prezident Avrasiya Milli Universitetinin rektoruna təbrik ünvanlayıb
WUF13-ün son günü: nələr olacaq?
DİM imtahan keçirəcək
ADA Universitetinin prorektoru təhsil liderləri üçün ustad dərsi keçib
NDU məzunu 3 nüfuzlu universitetdən qəbul təklifi alıb
Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultaya həsr olunmuş beynəlxalq simpozium keçirilir

Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultaya həsr olunmuş beynəlxalq simpozium keçirilir

Bakı Dövlət Universiteti (BDU), Beynəlxalq Türk Akademiyası, əl-Fərabi adına Qazax Milli Universiteti, Türk Dil Qurumu və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə 2026-cı il 21-22 may tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində “Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda Beynəlxalq simpozium keçirilir.

Aztəhsil.az xəbər verir ki, tədbirdə BDU-nun tanınmış alimləri və mütəxəssisləri məruzələrlə çıxış edəcəklər. Nümayəndə heyətinin tərkibinə Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Filologiya fakültəsinin Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov, BDU-nun BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı və Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri dosent İqbal Ağayev daxildir.

Türkologiya XIX əsrin sonlarından etibarən dilçilik, tarix, ədəbiyyat, folklor və etnoqrafiyanı birləşdirən mühüm multidissiplinar elmi sahə kimi formalaşıb. Bu istiqamətin institusionallaşmasında Avropa dilçilik məktəbləri və Rusiya elmi ənənələri mühüm rol oynayıb. Xüsusilə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkoloji fikrin metodoloji və institusional əsaslarının formalaşmasında dönüş nöqtəsi hesab olunur. Tarixi qurultay yalnız əlifba və dil siyasəti məsələləri ilə məhdudlaşmayıb, türk xalqlarının tarixi inkişafı, ədəbi irsi, folkloru və etnoqrafiyası üzrə kompleks elmi yanaşmanın əsaslarını müəyyən edib. Qurultayda qəbul olunmuş qərarlar sonrakı onilliklərdə Türk dünyasında dil, təhsil və mədəni siyasətin formalaşmasına ciddi təsir göstərib.

Almatıda keçirilən Beynəlxalq simpozium həmin tarixi irsin 100 illiyi kontekstində yenidən qiymətləndirilməsi, müasir dövrdə ortaq əlifba, vahid terminologiya və elmi əməkdaşlıq kimi aktual məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirin BDU, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dil Qurumu və əl-Fərabi adına Qazax Milli Universiteti kimi nüfuzlu qurumların birgə təşəbbüsü ilə keçirilməsi onun beynəlxalq akademik çəkisini daha da artırır.

Simpoziumun əsas məqsədləri sırasında türkoloji irsin yenidən elmi təhlili, dil, tarix və mədəniyyət sahələrində inteqrasiyanın gücləndirilməsi, ortaq elmi dil və terminologiyanın formalaşdırılması, həmçinin XXI əsrdə türkologiyanın inkişaf istiqamətlərinin müəyyən edilməsi xüsusi yer tutur. Bu baxımdan tədbir yalnız elmi müzakirə platforması deyil, Türk dünyasında davamlı akademik şəbəkələrin qurulmasına xidmət edən strateji əməkdaşlıq mühiti kimi çıxış edir.

Simpozium çərçivəsində həmçinin BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlının baş redaktoru olduğu “İRS” Nəşriyyat Evində çapdan çıxmış, Mərkəzin elmi-tədqiqat fəaliyyətinin nəticələrini, mədəni irsin araşdırılması və təbliğini əks etdirən fundamental toplu əsərlər, elmi-kütləvi nəşrlər, monoqrafiyalar və xüsusi buraxılışlardan ibarət kitabların, eləcə də “İRS” jurnallarının sərgisi təşkil edilib. Sərgidə Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini və milli-mənəvi irsini əks etdirən müxtəlif nəşrlər nümayiş olunub. Sərgi iştirakçılar, alimlər, tədqiqatçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Xüsusilə Türk dünyasının ortaq tarixi-mədəni irsinin təbliği istiqamətində hazırlanan nəşrlər beynəlxalq akademik ictimaiyyətin diqqətini cəlb edib və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

BDU-nun simpoziumda iştirakı Universitetin türkoloji tədqiqatlardakı tarixi rolunun və zəngin elmi irsinin beynəlxalq səviyyədə təqdim olunması, Türk dünyasında ortaq elmi və təhsil məkanının formalaşdırılması prosesində fəal iştirakın təmin edilməsi, yeni birgə elmi layihələrin və akademik əməkdaşlıqların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir ortaq əlifba, terminologiya və elmi dil üzrə müzakirələrdə Azərbaycanın elmi mövqeyinin ifadəsi və müdafiəsi üçün də əhəmiyyətli platformadır.

Qeyd edək ki, bu istiqamətdə Bakı şəhərində Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dil Qurumu və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər