Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

AMEA-da “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatı olub - FOTO

Elm və təhsil

15-05-2023, 23:09

 

Mayın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun "Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə "tehsil.media"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, tədbirdən öncə MEK-in foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda da təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. AMEA-da Ulu Öndərin yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər haqqında məlumat verən akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyətinin bu kimi tədbirlərlə Ümummilli Lider qarşısında mənəvi borclarını yerinə yetirdiklərini deyib. O, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq AMEA-da 30-dan çox elmi, elmi-publisistik, bədii əsərlərin nəşrinin planlaşdırıldığını qeyd edərək, onlardan 21-nin artıq işıq üzü gördüyünü diqqətə çatdırıb.

Hazırda ölkəmizdə "HeydərƏliyevşünaslıq” adlı elmi istiqamətin formalaşdığını deyən akademik İsa Həbibbəyli Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması üçün əhəmiyyətli işlərin görüldüyünü, elmi-populyar nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu vurğulayıb. Qeyd edib ki, bu il ərzində çap olunmuş kitablar, keçirilən konfranslar Ulu Öndərin həyatının, yorulmaz fəaliyyətinin, ideallarının fonunda müstəqillik uğrunda aparılan mübarizənin ən aktual məsələlərindən biridir.

Akademiya prezidenti AMEA-nın müxbir üzvü Misir Mərdanovun son 20 illik dövr ərzində Heydər Əliyevə və onun epoxasına həsr olunmuş çoxsaylı kitablar ərsəyə gətirdiyini bildirib, "Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının əsas xüsusiyyətləri haqqında məlumat verib. Akademik İsa Həbibbəyli bildirib ki, Misir Mərdanovun yeni kitabında qoyulmuş məsələlərin bir çoxu alimin daha əvvəllər nəşr olunmuş kitablarında ayrı-ayrı istiqamətlər kimi təqdim olunmuşdur.

"Hesab edirəm ki, Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabı çoxillik ənənəsi olan Azərbaycan HeydərƏliyevşünaslığına çox qiymətli bir töhfədir”, - deyən akademik İsa Həbibbəyli kitabın elmi tədqiqatlar, elmi dəyərləndirmələr, ideyalar, həyat müşahidələri əsasında tərtib olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Misir Mərdanovun Ulu Öndərin şəxsiyyətinə, ideallarına olan xüsusi ehtiramı sanballı bir əsərin meydana çıxmasının əsas səbəblərindən biridir.

AMEA rəhbəri əlavə edib ki, bu kitab Ümummilli Liderin müstəqillik uğrunda mübarizəsini, müstəqillik əldə etmək üçün keçdiyi çətin yolu əyani şəkildə görmək üçün əhəmiyyətli mənbədir. Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Misir Mərdanovun kitabda öz müşahidələri əsasında yeni faktları, simaları və əhvalatları, eləcə də hadisə iştirakçılarının fikirlərini təqdim etdiyini vurğulayıb və əsəri yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək "Heydər Əliyev İli"ndə Prezident İlham Əliyevin Ulu Öndərin 100 illik yubileyini məhz tarixi zəfərimizin tacı olan Şuşada qeyd etməsinin, oradan xalqa müraciət etməsinin əhəmiyyətinə toxunub.

O, Heydər Əliyev haqqında yazılmış əsərlər arasında bu görkəmli şəxsiyyəti şəxsən tanıyan, onunla yaxından təmasda olanların təqdim etdiyi faktların tarixi həqiqətlərin gələcək nəsillərə dəqiqliklə ötürülməsi baxımından önəmini qeyd edib.

Xalq yazıçısı Anar kitabda Heydər Əliyevin obrazı ilə yanaşı, onunla işləyən insanların müsbət və mənfi keyfiyyətlərinin də əks olunduğunu diqqətə çatdırıb. O, mənəvi dəyərlərin qorunub saxlanılmasına hər zaman böyük diqqət ayıran Ümummilli Liderin bugünkü Azərbaycanın modelini yaratdığını vurğulayıb, kitabı yüksək dəyərləndirib.

Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Yeni Azərbaycan Partiyasının (YAP) Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasəti barədə danışıblar. Bildirilib ki, uzun və gərgin əməyin məhsulu olan kitabda hadisələr zəncirvari şəkildə bir-birini tamamlayır. Yeni nəşrdə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin mənəvi obrazı yaradılıb.

Sonda kitabın müəllifi AMEA-nın müxbir üzvü Misir Mərdanov Ulu Öndər Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşüb. O, kitabın məziyyətləri haqqında danışaraq, nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Oxunub: 298
Paylaş:
Digər xəbərlər

Ali təhsil

6-05-2023, 00:44

Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndərin 100 illiyinə həsr edilən dəyirmi masa keçirilib

Elm və təhsil

19-04-2023, 21:07

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib

Elm və təhsil

9-05-2023, 13:52

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Gündəm

8-05-2023, 14:54

Misir Mərdanovun Ulu Öndərə həsr olunmuş kitabı çapdan çıxıb - FOTO

Elm və təhsil

1-05-2023, 17:27

Akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irs” kitabı işıq üzü görüb

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 22:48
700-dən çox təhsil işçisi yanvar ayında tur və ekskursiyadan yararlanıb. :Araz Paşayev paylaşım edib.
Dün, 15:13
Fevralın 15-i magistratura üzrə imtahan keçiriləcək
Dün, 15:12
Şagirdlərin dərsdə iştirakı ilə bağlı iddiaya aydınlıq gətirilib- RƏSMİ
Dün, 13:08
Xırdalanda 15 şagird bir məktəblini döyüb? - Məktəbdən açıqlama
Dün, 12:34
Kafedra sistemindən imtina ali təhsildə dönüş nöqtəsi ola bilər
Dün, 12:33
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 22:48
    700-dən çox təhsil işçisi yanvar ayında tur və ekskursiyadan yararlanıb. :Araz Paşayev paylaşım edib.
  • Dün, 15:13
    Fevralın 15-i magistratura üzrə imtahan keçiriləcək
  • Dün, 15:12
    Şagirdlərin dərsdə iştirakı ilə bağlı iddiaya aydınlıq gətirilib- RƏSMİ
  • Dün, 13:08
    Xırdalanda 15 şagird bir məktəblini döyüb? - Məktəbdən açıqlama
  • Dün, 12:34
    Kafedra sistemindən imtina ali təhsildə dönüş nöqtəsi ola bilər
  • Dün, 12:33
    Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Dün, 12:32
    Agentliyin direktoru ilk dəfə regionda vətəndaş qəbulu təşkil edib
  • Dün, 12:32
    “Sabahın alimləri” sərgi iştirakçıları müəyyənləşib
  • Dün, 12:31
    Nazir müavini: İntellektual gənclik cəmiyyəti irəli aparır
  • Dün, 12:30
    Məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır
  • 6-02-2026, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • 6-02-2026, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • 6-02-2026, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • 6-02-2026, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • 6-02-2026, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • 6-02-2026, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • 6-02-2026, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • 6-02-2026, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • 6-02-2026, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • 6-02-2026, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • 6-02-2026, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • 6-02-2026, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
  • 6-02-2026, 12:56
    Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ
  • 6-02-2026, 12:56
    Atəş açan şagirdin atası rəis müavini olub
  • 6-02-2026, 12:55
    Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
  • 6-02-2026, 12:54
    Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı
  • 6-02-2026, 12:53
    Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF
  • 6-02-2026, 12:52
    Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı
  • 5-02-2026, 22:06
    Olimpiada qaliblərinin sonrakı taleyi
  • 5-02-2026, 18:26
    VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri
  • 5-02-2026, 18:26
    Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?
  • 5-02-2026, 17:41
    Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
  • 5-02-2026, 17:40
    DİM: Magistratura imtahanına buraxılış vərəqəsini çap edin
  • 5-02-2026, 17:40
    RFO-nun yarımfinal turu bu tarixdə KEÇİRİLƏCƏK
  • 5-02-2026, 17:39
    BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
Daha çox
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə