Xəbər lentiwidget-title-icon

Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır
Beynəlxalq Təhsil İcmalı May 2026
Leyla Əliyeva və Arzu Əliyeva internat məktəbində olublar
3 Qızıl Medal, IELTS 8.0 və Edinburq Universiteti – Nihat Mürsəllinin uğur hekayəsi
Milli Qiymətləndirməyə ümumilikdə 21612 şagird cəlb olunacaq
11-ci sinif şagirdindən böyük uğur: ABŞ və Britaniyanın aparıcı universitetlərinə qəbul aldı
MDU-da Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
Firudin Qurbanov Belarusda təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb
Deputat: Özəl təhsildə qiymətlərə inzibati müdaxilə doğru deyil
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Sertifikasiyada iştirak edəcək müəllimlərə ÇAĞIRIŞ: "Saniyəölçənlə işləmək lazımdır"
Tələbələr üçün müsabiqə: Mükafat fondu 15 MİN dollardır
SABAH doktorantları aylıq 1100 manatdan çox gəlir əldə edəcəklər
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
Dünya universitetlərinin REYTİNQİ Bakıda açıqlanacaq
Ağalıda məktəblilərin veloyürüşü təşkil olunub
Sənədsiz avtoelektriklərin NƏZƏRİNƏ - TKTA sənəd qəbuluna start verdi
Qarabağ Universiteti ilə bağlı abituriyentlərlə görüş keçirilib
Təhsildə həyəcan siqnalı: Cənub bölgəmizdə nəticələri gerilədən SƏBƏBLƏR
Dövlət qulluğuna test imtahanları keçiriləcək

Deputat: Özəl təhsildə qiymətlərə inzibati müdaxilə doğru deyil

Özəl təhsil müəssələri və bağçalarda təhsil haqlarının artması son illər valideynlər arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir tərəfdən özəl təhsil müəssisələri bazar prinsipləri ilə fəaliyyət göstərdiklərini bildirir, digər tərəfdən isə qiymət artımlarının əlçatanlıq, şəffaflıq və xidmət keyfiyyəti baxımından necə tənzimlənməli olduğu sual doğurur.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Samir Vəliyev bildirib ki, özəl məktəb, bağça və ali təhsil müəssisələri özəl sektor subyektləri olduğu üçün burada əsas yanaşma sərbəst bazar prinsiplərinə söykənməlidir:

“Bu məsələ ilə bağlı mənim mövqeyim ondan ibarətdir ki, özəl məktəb və bağçalar, eləcə də özəl ali təhsil müəssisələri mahiyyəti etibarilə özəl sektor subyektləridir və onların fəaliyyətində sərbəst bazar prinsipləri əsas rol oynamalıdır. Qiymətlərin birbaşa dövlət tərəfindən müəyyənləşdirilməsi və ya hər hansı bir inzibati qaydada məhdudlaşdırılması uzunmüddətli perspektivdə xidmət keyfiyyətinə, investisiya marağına və eyni zamanda rəqabət mühitinə mənfi təsir göstərə bilər”.

Deputat hesab edir ki, dövlətin rolu qiymətlərin müəyyənləşdirilməsi deyil, bazarda şəffaflığın və istehlakçı hüquqlarının qorunmasının təmin edilməsidir:

“Bununla belə, bu o demək deyil ki, dövlətin heç bir rolu burada olmamalıdır. Dövlət qiymətlərin özünü deyil, bazarın şəffaflığını, rəqabət mühitini və istehlakçı hüquqlarının qorunmasını təmin etməlidir. Valideynlər ödənilən təhsil haqqının hansı xidmətlərə görə formalaşdığını aydın şəkildə bilməli, müəssisələr isə qiymət artımlarını əsaslandırmalı və şəffaf şəkildə təqdim etməlidirlər”.

Samir Vəliyev vurğulayıb ki, təhsil sosial əhəmiyyətli sahə olduğu üçün məsələyə yalnız kommersiya prizmasından yanaşmaq düzgün olmaz:

“Xüsusilə məktəbəqədər təhsil və ümumi təhsil xidmətlərinin əlçatanlığının artırılması üçün dövlət müvafiq dəstək mexanizmləri, vauçer sistemi və ya digər təşviq alətləri müzakirə etməli və valideynlərə belə bir imkan yaradılmalıdır”.

Deputatın fikrincə, optimal model qiymətlərin inzibati tənzimlənməsi deyil, bazar prinsipləri ilə ictimai maraqlar arasında balansın qorunmasıdır:

“Yəni mənim fikrimcə, optimal yanaşma qiymətlərin inzibati tənzimlənməsi deyil, sərbəst bazar prinsiplərinin qorunması ilə yanaşı, şəffaflığın, rəqabətin və ictimai maraqların dövlət tərəfindən nəzarətdə saxlanılmasıdır. Bu həm xidmət keyfiyyətinin yüksəlməsinə, eləcə də valideynlərin hüquqlarının daha etibarlı qorunmasına xidmət edə bilər”.

Deputat təhsil haqlarındakı artımın arxasında duran səbəblərə də toxunaraq bildirib ki, özəl təhsil müəssisələrinin xərcləri bir neçə istiqamətdə artır:

“Rəqabət qabiliyyətliliyinin təmin olunması, özəl təhsil müəssisələrinin keyfiyyətli təhsil verməsi ilə birbaşa bağlıdır. Bu baxımdan düzgün kadr seçimi, müəllim potensialının formalaşması üçün daha yaxşı əmək haqqının verilməsi vacib amillərdən biridir”.

Onun sözlərinə görə, müasir tələblərə uyğun infrastrukturun qurulması və yeni ixtisas istiqamətləri üzrə imkanların yaradılması da xərcləri artırır:

“Təhsil müəssisəsinin maddi-texniki bazasının bugünkü müasir dövrün tələblərinə uyğunlaşdırılması ciddi sərmayə tələb edir. Eyni zamanda ali təhsil müəssisələrində yeni ixtisaslar üzrə laboratoriyaların yaradılması, daha bilikli və təcrübəli müəllimlərin cəlb olunması da təhsil haqlarının artmasına təsir göstərən amillərdəndir”.

Deputat əlavə edib ki, ümumi bahalaşma və yaşayış xərclərinin yüksəlməsi də özəl təhsil sektorunda qiymət artımlarını şərtləndirən əsas səbəblərdən biridir:

“Əvvəlki əməkhaqları istər müəllimlər, istərsə də inzibati heyət üçün bugünkü şəraitdə yetərli deyil. Ona görə də əməkhaqlarının artırılması zərurəti yaranır. Özəl təhsil müəssisələri isə əsasən təhsil haqqı hesabına fəaliyyət göstərdiyi üçün bütün bu amillər sonda valideynlərin ödədiyi təhsil haqqına təsir edir”.

Oxşar xəbərlər

Bütün xəbərlər