Xəbər lentiwidget-title-icon

Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır
Beynəlxalq Təhsil İcmalı May 2026
Leyla Əliyeva və Arzu Əliyeva internat məktəbində olublar
3 Qızıl Medal, IELTS 8.0 və Edinburq Universiteti – Nihat Mürsəllinin uğur hekayəsi
Milli Qiymətləndirməyə ümumilikdə 21612 şagird cəlb olunacaq
11-ci sinif şagirdindən böyük uğur: ABŞ və Britaniyanın aparıcı universitetlərinə qəbul aldı
MDU-da Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
Firudin Qurbanov Belarusda təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb
Deputat: Özəl təhsildə qiymətlərə inzibati müdaxilə doğru deyil
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Sertifikasiyada iştirak edəcək müəllimlərə ÇAĞIRIŞ: "Saniyəölçənlə işləmək lazımdır"
Tələbələr üçün müsabiqə: Mükafat fondu 15 MİN dollardır
SABAH doktorantları aylıq 1100 manatdan çox gəlir əldə edəcəklər
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
Dünya universitetlərinin REYTİNQİ Bakıda açıqlanacaq
Ağalıda məktəblilərin veloyürüşü təşkil olunub
Sənədsiz avtoelektriklərin NƏZƏRİNƏ - TKTA sənəd qəbuluna start verdi
Qarabağ Universiteti ilə bağlı abituriyentlərlə görüş keçirilib
Təhsildə həyəcan siqnalı: Cənub bölgəmizdə nəticələri gerilədən SƏBƏBLƏR
Dövlət qulluğuna test imtahanları keçiriləcək

Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ

Bakıda müəllimləri işə qəbul etdirmək, sertifikasiya nəticələrinə təsir göstərmək və iş yerlərini dəyişdirmək vədi ilə dələduzluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Məlahət Mustafayeva 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Digər təqsirləndirilən şəxslər – 149 saylı orta məktəbin müəllimi Təranə Cəfərova və Tahirə Şamilova isə 5 il müddətinə şərti cəzaya məhkum ediliblər. Onların hər birinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülmüşdü. İttihama görə, Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə çalışan Təranə Cəfərova digər təqsirləndirilən şəxslərlə əlbir olaraq bir sıra müəllimləri və vətəndaşları aldadıb. Onlar zərərçəkmişlərə Elm və Təhsil Nazirliyində yüksək vəzifəli tanışlarının olduğunu bildirərək müəllimlərin işə qəbulunu, sertifikasiya imtahanlarında yüksək nəticə əldə etməsini, iş yerinin dəyişdirilməsini və hətta ali məktəblərə qəbulunu təşkil edə biləcəklərini vəd ediblər.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər Azərbaycan dili və ədəbiyyat müəllimi Sona Rəhimliyə onu 88 saylı məktəbə işə düzəldəcəklərini bildirərək 16 min manat tələb ediblər. Bu məbləğin 10 min manatı əvvəlcədən alınıb, qalan hissəsinin isə iş düzəldikdən sonra ödənilməsi razılaşdırılıb. Lakin vəd yerinə yetirilməyib.

Eyni üsulla digər müəllimlər də aldadılıb. Belə ki, Nuridə Hüseynovanın işə qəbul olunacağı vədi ilə ailəsindən 16 min manat, rus dili müəllimi Ayna Bayramovadan 15 min manat, texnologiya müəllimi Şirin Qafarovanın işlə təmin edilməsi adı ilə onun ailəsindən 10 min manat, tarix müəllimi Nəsimi Kərimovun iş yerinin dəyişdirilməsi üçün isə 12 min manat alınıb. Cinayət işi materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər bir neçə nəfəri də ali məktəblərə qəbul etdirmək adı ilə aldadıblar. İstintaqla müəyyən edilib ki, zərərçəkmişlərə vurulan ümumi maddi ziyanın məbləği 160 min 500 manat təşkil edib.

Oxşar xəbərlər

Bütün xəbərlər