3 Qızıl Medal, IELTS 8.0 və Edinburq Universiteti – Nihat Mürsəllinin uğur hekayəsi
Aztehsil.az xəbər verir ki, Bakı şəhəri 175 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nihat Mürsəlli dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri olan Böyük Britaniyanın Edinburq Universitetinə (University of Edinburgh) qəbul alıb.
Hələ məktəb illərindən proqramlaşdırma və mürəkkəb alqoritmlərə böyük marağı olan Nihat, Beynəlxalq STEM Olimpiadasında (International STEM Olympiad) 3 Qızıl Medal, eyni zamanda müxtəlif hakatonlarda iştirak edən gənc proqramçı, IELTS imtahanından 8.0 bal kimi yüksək bir nəticə göstərib.Nihat akademik uğurları ilə yanaşı, sosial aktivliyi ilə də seçilir. O, Formula 1 Azərbaycan Qran Prisi kimi irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirlərdə könüllü olaraq fəaliyyət göstərib, böyük təcrübə qazanıb.


























