“Məktəblərarası Pedaqoji Təcrübə Mübadiləsi” təşəbbüsünün ilk görüşü keçirilib
“Məktəblərarası Pedaqoji Təcrübə Mübadiləsi” təşəbbüsü çərçivəsində ilk görüş Bakı Avropa liseyində reallaşıb.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, liseyin direktoru Zülfiyyə Veysova və komandası, eləcə də Bakıdan və regionlardan olan məktəb direktorları və müəllimlər iştirak ediblər.
Əsas məqsəd məktəblərin pedaqoji yanaşmalarını, uğurlu təcrübələrini və özünəməxsus ənənələrini qarşılıqlı şəkildə öyrənmək və məktəblərarası əməkdaşlığı dəstəkləməkdir.
Təşəbbüs Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, T-Network tərəfdaşlığı və Azərbaycan müəllimi qəzetinin media dəstəyi ilə həyata keçirilir.
Görüş zamanı Bakı Avropa liseyinin pedaqoji təcrübəsi təqdim edilib və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təşəbbüs çərçivəsində hər dəfə bir məktəbdə görüşlərin təşkili planlaşdırılır.



























