Emin Əmrullayevdən “Neftçi”yə dəstək paylaşımı
Azərbaycan Respublikasının elm və təhsil naziri, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Emin Əmrullayev dünən keçirilən oyunla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
AzEdu.az xəbər verir ki, o, “Neftçi”nin loqosunu paylaşaraq komandaya dəstəyini ifadə edib.
Qeyd edək ki, Premyer Liqada keçirilən “Zirə”-“Neftçi” qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qonaqlar oyunun son dəqiqələrinə qədər üstün olsalar da, “Zirə”nin futbolçusu Brahim Konate 90+4-cü dəqiqədə bərabərlik qolunu vurub.
Məhz bu epizoddan sonra mübahisəli vəziyyət yaranıb. Belə ki, “Neftçi” tərəfi qolun ofsayd olduğunu irəli sürüb. Etirazlar nəticəsində baş məşqçi Yuri Vernidub və texniki zonada olan bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıblar.
Görüşdən sonra idman ictimaiyyətinin əksər nümayəndələri də həmin qolun qaydalara uyğun olmadığını düşündüklərini və hakimin qərarının mübahisəli olduğunu bildiriblər.



























