Xəbər lentiwidget-title-icon

LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib
Məktəblilər arasında şahmat turniri keçirilib
Vətənpərvərlik layihəsinə start verilib
12 nəfər imtahandan xaric olunub -DİM
15 mart imtahanının nəticələrinin elan olunacağı VAXT
İxtisas qrupları tənqid olundu - “dünyada belə sistem yoxdur”
Xəstələr üçün hazırladıqları forma ilə qələbə qazandılar – indi ISEF-ə hazırlaşırlar
Nihat Məcidov: Alimlərə patentləşmədə dəstək göstəriləcək
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
Rektor: İnklüziv təhsil ali məktəblərin qarşısına ciddi vəzifələr qoyur
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb
Mətbəxdə 180 dəqiqəlik mübarizə: Şanxaya gedəcək aşpaz seçildi
Lökbatandakı 233 nömrəli məktəblə bağlı sensasiya: Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?
Nazir: Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiyasının artırılması prioritet məsələlərdəndir
Lənkəranda “Sağlam və dayanıqlı şəhər naminə” ağacəkmə aksiyası təşkil edilib
Nadir şah haqqında yeni kitab təqdim olundu
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb. AzEdu.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.
Peşəkar MÜHASİB sertifikatı imtahanının I mərhələsi keçiriləcək
Diplomlu, amma işsiz: “İşəgötürənlər təhsilə yox, bacarığa baxır”
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Azərbaycana ekstradisiya edildi
Bakıda məktəbdə xuliqanlıq edən şagirdə elektron qolbaq taxıldı
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib

Məktəblilər arasında şahmat turniri keçirilib

Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində şimal-qərb bölgəsinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib.

AzEdu.az xəbər verir ki tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin müdir müavini Hafiz Pənahov, idarənin struktur bölmə rəhbərləri, ETİHİ-nin Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin açılış mərasimində çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova iştirakçılara uğurlar arzulayıb, bu cür layihələrin şagirdlərin intellektual inkişafı və məntiqi düşünmə bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən ETİHİ-nin Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva şahmatın uşaqlarda strateji düşüncə, diqqət və səbir kimi keyfiyyətləri inkişaf etdirdiyini qeyd edərək turnirin əhəmiyyətini yüksək qiymətləndirib.

Gərgin və maraqlı keçən intellektual mübarizənin nəticələrinə əsasən, Şəki rayonunu təmsil edən komanda birinci yerə, Balakən rayon komandası ikinci yerə, Zaqatala rayon komandası isə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdən ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər