6 ildir müəllimlərin maaşı artmır!!! ƏDALƏTSİZLİK!!!
Müəllimlərin əməkhaqqı artımının birbaşa deyil, yalnız sertifikasiya prosesi vasitəsilə həyata keçirilməsi ciddi narahatlıq doğurur. Artıq 6 ildir ki, müəllim maaşlarında ümumi artımın olmaması hüquqi və sosial baxımdan ədalətli görünmür. Xüsusilə sertifikasiya prosesinin mərhələli şəkildə aparılması müəllimlər arasında kəskin ayrı-seçkilik yaradır; bəzi müəllimlər artıq illərdir əlavə ödəniş aldığı halda, digər fənn müəllimləri hələ də öz növbəsini gözləməli olur. Bu da onların 5 illik maaş artımından məhrum qalması deməkdir.
Tehsilmedia.info bildirir ki, digər tərəfdən, sertifikasiyanın ləngiməsi məktəblərdə dərs yükünün bölüşdürülməsi zamanı da problemlərə yol açır. Savadlı və peşəkar kadrlar daha çox dərs saatına layiq olduqları halda, prosesin növbəliliyi səbəbindən aşağı nəticə göstərəcək kadrların sistemdə qalması süni sıxlıq yaradır. Hansı ki sertifikasiya olsa, kəsiləcəklər və savadlı müəllimlərin saatları bərpa olacaq. Amma 5 ildir gözləyən müəllimlər həmin öz haqlarından da məhrum olurlar.
Nəticədə peşəkar müəllimlər 12-14 saatlıq aşağı maaşla fəaliyyət göstərmək məcburiyyətində qalırlar.
Dövlət İmtahan Mərkəzinin bir il ərzində bütün abituriyentləri imtahandan keçirmək təcrübəsi olduğu halda, müəllimlərin sertifikasiyasının bu qədər uzun müddətə yayılması anlaşılan deyil. Təhsil sistemində şəffaflığı və keyfiyyəti təmin etmək üçün bu proses daha çevik və ədalətli mexanizmlərlə tənzimlənməlidir.



























