Xəbər lentiwidget-title-icon

Nazir müavinindən direktorlara: "Müəllim əməyinə dəyər verilsin"
Qəbələdə "açıq dərs"lərin keyfiyyəti müzakirə olunub
Gəncə-Daşkəsən regionunda müəllimlər üçün USTAD dərslərinə başlanıldı
ARTİ “Kenquru” ilə bağlı iddialara cavab verdi
Nazirlik daxilində “müstəqillik” iddiası, yoxsa idarəetmə böhranı?
“Biz -türkdilli ölkələr hansısa rəqəmsal sivilizasiyaya inteqrasiya olunacağıq, yoxsa öz modelimizi quracağıq?..-TƏHLİL
Məktəbdə ölüm halları... Gözlənilən nəticə
DİM aprelin 19-da növbəti imtahanlar keçirəcək
Bakıda "Kanon" aptekdən alınan "Humana" körpə qidasından qurd çıxdı.
Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu BAŞLAYIR
Nazir "Power China" şirkətinin nümayəndə heyəti ilə görüşüb
Xaricdə təhsil proqramı 230-dan çox universiteti əhatə edəcək
PMS imtahanının II mərhələsi üzrə qeydiyyat elan edilib
Ölkə universitetlərində çalışan əcnəbi müəllimlərin SAYI
Qəbulun II mərhələsi üzrə sınaq imtahanı olacaq
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək
Məktəbli qızlarımız Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 medal qazanıblar
"Atam dedi ki, I olmasan, gimnastikaya qoymayacağam" - Ölkə birincisi
Tələbəyə yalnız bilik yox, istiqamət də vermək lazımdır – Elvin Muradzadə ilə söhbət
Premyera elanı: “Mən, Lalə, bir də Şerlok Holms 2”
Atırau Dövlət Universitetinin nümayəndə heyəti LDU-dadır
Universitetlərdə “ömürlük kreslo”: prorektorların təyinat sistemi DƏYİŞMƏLİDİR
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb
Akademik Zərifə Əliyevanın anım günüdür

Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır

İlham Əliyev açıq şəkildə deyir ki, təhsil proqramları dəyişməlidir, yenilənməlidir, nəticə verməlidir. Amma reallıqda biz nə görürük? Dəyişiklik yox, kağız oyunu. Proses yox, hesabat alveri.

Proqramların dəyişməsi adı ilə pul ayrılır. Layihələr elan olunur. Təlimlər keçirilir deyilir. Amma məktəbdə, sinifdə, dərsdə heç nə dəyişmir. Çünki bu layihə və təlimlərin çoxu yarımçıq, formal keçirilir. Müəllimə real nəsə öyrədilmir, amma sənəddə yazılır ki, “çox uğurlu oldu”.

Pilot layihələr isə lap biabırçı vəziyyətdədir. Məktəbdə işləməyən, müəllimi yoran, şagirdə fayda verməyən yeniliklər sınaqdan keçirilir və uğursuz olur. Amma bu uğursuzluq gizlədilir. Sənəddə yalandan “super nəticə” yazılır. Sonra da həmin uğursuz pilotu bütün ölkəyə tətbiq edirlər. Niyə? Çünki pul artıq əvvəlcədən yeyilib. Uğursuzluğu etiraf etsələr, cavab verməli olacaqlar.

Bu işlərin mərkəzində olan qurumlar – ARTİ və MÜTDA – işi real proseslə yox, sənədlə idarə edir. Təlim sənəddə var, layihə sənəddə var, monitorinq sənəddə var. Amma məktəbdə nəticə yoxdur. Monitorinqlər də obyektiv deyil, əvvəlcədən yazılmış “yaxşı nəticələri” təsdiqləmək üçündür.

Daha betəri isə budur: bu saxta uğur nağılları əsasında dərsliklər dəyişdirilir. Kitablar süni şəkildə ağırlaşdırılır. Yaşa uyğun olmayan, məntiqsiz, ruhsuz mətnlər ortaya çıxır. Dərslikləri yazanların çoxu mövzunu bilmir, bəziləri də açıq-aşkar köçürmə ilə məşğuldur. Oxuyursan, Azərbaycan dilindədir, amma Azərbaycan yoxdur. Azərbaycançılıq yoxdur. Elə bil xarici kitabdır, sadəcə tərcümə edilib.

Axı bu nədir? Prezident bir şey deyir, aşağıda tam əksi edilir. Bu, sadəcə səhlənkarlıq deyil. Bu, prezidentin mövqeyinə qarşı çıxmaqdır. Bu, təhsili bilərəkdən məhv etməkdir.

Təhsil sənədlə yox, sinifdə qurulur. Kağızda “uğur” yazmaqla uşaq ağıllanmır, müəllim güclənmir. Nə qədər ki hər şey sənəd üçündür, nəticə üçün yox — bu biabırçılıq davam edəcək.

... Və ən təhlükəlisi budur: belə davam edərsə, itirilən təkcə pul olmayacaq. Gələcək nəsil itiriləcək. Buna susmaq isə artıq günahdır.

Oxşar xəbərlər

Bütün xəbərlər