Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

DSMF uşaq bağçasının direktoruna qarşı mülki iddia qaldırıb

DSMF uşaq bağçasının direktoruna qarşı mülki iddia qaldırıb

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzEdu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər.

Zərərçəkən qismində tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndəsi məhkəməyə mülki iddia təqdim edib. Fondun təqsirləndirilən şəxsə qarşı 32 min manatdan çox mülki iddia qaldırdığı məlum olub.

"Havvaxanım Rüstəmova 92 nəfəri əmək müqaviləsi olmadan işə götürüb və Məcburi Dövlət Sığorta haqqı ödənilməyib. Buna görə də DSMF-yə 32 min manatdan çox zərər dəyib. Məhkəmədən xahişimiz mülki iddianın təmin edilməsidir", - nümayəndə deyib.

Havvaxanım Rüstəmova iddia ilə razılaşmadığını bildirib. O deyib ki, işəgötürən kimi bütün öhdəliklərini yerinə yetirib.

Məhkəmə mülki iddianı icraata götürüb.

Prosesdə ifadə verən zərərçəkən Zərifə Osmanovanın sözlərinə görə, işlə bağlı verilmiş elan əsasında Havvaxanım Rüstəmova ilə tanış olub:

"Dedilər ki, bir müddət təcrübə keçməlisiniz. Ona görə də, işləmək istəmədim. Orada müəllimələrin sayı uşaqların sayından çox idi. Bir ay Neftçilər filialına təcrübə keçməyə getdim, bir həftə də Qara Qarayev filialında işlədim. Əməkhaqqı danışmışdıq. Demişdilər ki, iki ay 400 manat, sonra 600 manat maaş alacaqsız. Gördüm, nə pul var, nə də əmək müqaviləsi, bu səbəbdən işdən ayrıldım".

Zərəçəkən əlavə edib ki, pulu tələb edən zaman onu otaqdan qovublar. Buna görə də polisə şikayət edib:

"Mən və bacım işə müraciət edəndə ayrı-ayrılıqda 4 min manat pul vermişik. Pulu tələb edəndə bizi otaqdan qovub dedi ki, rədd olun buradan. Mən pulu təcrübə keçib işləmək üçün vermişdim. Bu puldan 3 min manat qaytarılıb, qalan min manatı da tələb edirəm".

Təqsirləndirilən H.Rüstəmova zərərçəkənin ifadələrinə münasibət bildirib. O deyib ki, bağçada autizmli, eləcə də digər xəstəlikdən əziyyət çəkən uşaqlar da olub. Onun sözlərinə görə, Z.Osmanovanın davranışları əsasında müəyyən edib ki, onun bu cür uşaqlarla işləmək təcrübəsi yoxdur. O, bu səbəbdən Z.Osmanovanın təcrübəyə ehtiyacı olduğunu deyib.

Məhkəmənin növbəti iclası mayın 19-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər