Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

İmtahanlar şagirdlər üçün yükdür? - KSQ və BSQ-lərin ləğvi...

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında şagirdlərin imtahanlarının çoxluğundan narahatlığını ifadə edib. Deputat bildirib ki, uşaqlar dərs və imtahanlarla yanaşı, asudə vaxtlarını səmərəli keçirməyə, idmanla məşğul olmağa və digər inkişafetdirici fəaliyyətlərə də imkan tapmalıdırlar.

Bu baxımdan KSQ və BSQ-lərin ləğv edilməsi və ya sayının azaldılması mümkün ola bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, imtahanların qəlizləşdirilməsi və çətinləşdirilməsi valideynlərdə və şagirdlərdə imtahan qorxusu yaradır:

“Əgər orta ümumtəhsil məktəblərində qiymətləndirmə mexanizmindən söhbət gedirsə, mən hesab edirəm ki, kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmələrin sayı o qədər də çox deyil və ümumiyyətlə olmalıdır. Çünki hər bir tədris rübünün və ya yarımilin sonunda həmin dövrün qiymətləndirilməsini həyata keçirən mexanizm mövcud olmalıdır. Bizdə bu, kiçik və böyük summativ qiymətləndirmə adlanır. Bir qismi rübdə, bir qismi isə yarımildə keçirilir və bu qiymətləndirmələrin mövcudluğu problem deyil. Ola bilsin ki, deputat summativ qiymətləndirməni nəzərdə tutmur”.

Dünyanın əksər ölkələrində bu yanaşma tətbiq olunur:

“Dünyanın müxtəlif ölkələrində hər rübün, semestrin və ya tədris ilinin sonunda müvafiq qiymətləndirmə aparılır. Bu, orta ümumtəhsil məktəblərində də belədir, kolleclərdə də, ali təhsil müəssisələrində də. Yəni, bu, qəbul edilmiş ümumi prosedurdur.

Tədris prosesinin pilləsinə uyğun olaraq, həmin tədris ilini yekunlaşdırdıqda müvafiq qiymətləndirmə aparılmalıdır və bu da imtahanlar vasitəsilə həyata keçirilir. Elm və Təhsil Nazirliyi də bu prosesi beynəlxalq təcrübəyə uyğun şəkildə icra edir. Bu baxımdan burada fundamental problem yoxdur”.

İmtahanlardan narahatlıq əsasən psixoloji amillərlə bağlıdır:

“Şagirdlərin hansı imtahandan narahatlıqları ola bilər? Əgər şagird orta ümumtəhsil məktəbində oxuyursa, summativ qiymətləndirmələrdə mütləq iştirak etməlidir. Bəli, summativ qiymətləndirmələri müəyyən qədər asanlaşdırmaq, formatını dəyişmək və ya ildə bir dəfə keçirmək olar. Bu, ayrıca müzakirə mövzusudur. Amma ümumilikdə summativ qiymətləndirmənin ləğvi düzgün deyil.

Əgər şagird 5-ci və ya 6-cı sinifdə summativ qiymətləndirmədən narahat olursa, yuxarı sinifdə qəbul imtahanlarına hazırlaşanda hansı çətinlikləri yaşayacaq? Çünki yuxarı siniflərdə imtahanların sayı daha çoxdur: buraxılış imtahanları, qəbul imtahanları, sınaq imtahanları, birinci və ikinci cəhd imtahanları və s. Birdən-birə intensiv imtahan prosesinə daxil olmaq uşaqda daha ciddi stres yaradır.

Mən hesab edirəm ki, mövcud quruluş və vəziyyət pis deyil. Bəli, imtahan yönümlülük var və bunu qəbul edirəm. Amma "imtahan olmasın", "KSQ və BSQ ləğv edilsin" kimi təklifləri qəbul etmirəm. Çünki rübün və ya yarımilin sonunda mütləq qiymətləndirmə aparılmalıdır və bu funksiyanı BSQ-lər yerinə yetirir”.

İmtahanlar şagirdin bacarıqlarının formalaşmasında mühüm rol oynayır:

“Bu sistem uşağın imtahana uyğunluğunu təmin edir. Aşağı siniflərdən yuxarı siniflərə keçdikcə test işləmə, materialı analiz etmə və vaxtı düzgün bölüşdürmə bacarıqları formalaşır.

İmtahan yönümlülük bizi sıxır və problem yaradır, bunu qəbul edirəm. Çünki imtahan və qəbul qorxusu artıq həm şagirdlərdə, həm də valideynlərdə formalaşıb. Şagird yuxarı sinfə gələndə artıq qəbul imtahanı haqqında düşünür. Valideyn narahat olur ki, uşaq hazırlaşmasa, imtahandan kəsiləcək.

İmtahanın çətinliyi, vaxtın kifayət etməməsi, dinləmə suallarının material bazasına uyğun olmaması və digər amillər valideyn və şagird narahatlığı yaradır. Biz yenilikləri və beynəlxalq təcrübəni tətbiq edərkən orta ümumtəhsil məktəblərində şagirdlərin real potensialını nəzərə almalıyıq. Qəbul imtahanları orta məktəb proqramına uyğun olmalıdır.

İmtahanın qəlizləşdirilməsi və çətinləşdirilməsi valideynlərdə və şagirdlərdə imtahan qorxusu yaradır. Bu isə ən böyük təhlükə və əsas problemdir”.

Oxşar xəbərlər

Bütün xəbərlər