Xəbər lentiwidget-title-icon

Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?
"İlk dəfə sənəd qəbulunda süni intellekt alətlərindən istifadə edirik" - Qədir Xəlilov

​Şagird daşınmasında "MÜTDA – BRS" qalmaqalı: Ucuz tender, təhlükəli nəticə

tehsilmedia.info olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) "Baku Rent Service" (BRS) şirkəti ilə bağladığı müqavilə və bu müqavilədən doğan ciddi problemlər barədə ötən yazımızda məlumat vermişdik. Lakin şikayətlərin ardı-arası kəsilmir, valideynlərin narahatlığı isə pik həddə çatıb. İctimaiyyəti düşündürən suallara işıq tutmaq üçün mövzunu daha dərindən araşdırdıq.

​Dövlət vəsaiti hara gedir? Keyfiyyət, yoxsa "cib marağı"?

Abşeron, Qobu və Sumqayıt ərazilərində təmirdə olan məktəblərin şagirdlərinin digər təhsil müəssisələrinə daşınması üçün dövlət tərəfindən müvafiq vəsait ayrılıb. Əvvəlki şirkətlə proses qanuni və uğurlu şəkildə icra edilsə də, MÜTDA-nın "daha ucuz təklif" adı altında müqaviləni dəyişməsi vəziyyəti acınacaqlı hala salıb. Ortaya çıxan mənzərə isə budur: Daha az xərc, daha çox qazanc həvəsi uşaqların təhlükəsizliyini arxa plana keçirib.

​Müqavilə şərtlərinə əsasən xəttə 24 marşrut çıxmalı olduğu halda, hazırda cəmi 16 avtobus fəaliyyət göstərir. Bu o deməkdir ki:
​24 avtobusa sığmalı olan yüzlərlə şagird 16 avtobusa "sıxışdırılır".

​Avtobuslarda nəfəs almağa yer yoxdur, uşaqlar üst-üstə, ayaqüstə daşınır.
​Gigiyena və təmizlik qaydaları tamamilə unudulub, nəqliyyat vasitələri bərbad vəziyyətdədir.

​Şirkətin fəaliyyətində qanunvericiliyin kobud şəkildə pozulduğu aşkar görünür:

Yaş həddi: Dövlət qanunlarını sarsıdan fakt – sükan arxasında hətta 75 yaşlı sürücülər var.
​Əmək müqaviləsi yoxdur: Sürücülərin çoxu rəsmi qeydiyyatsız çalışır. Bu isə nə sığorta, nə də məsuliyyət deməkdir.
​Davranış qaydaları: Sürücülərin şagirdlərlə kobud rəftarı, təhqiramiz ifadələr işlətməsi valideynlərin əsas şikayət mövzusudur.
​Xarici dövlət nişanları: Daşınma prosesində xarici dövlət nömrə nişanlı maşınlardan istifadə olunur ki, bu da hüquqi suallar doğurur.
​Marşrutdan kənarlaşma: Avtobuslar müəyyən olunmuş trayektoriya ilə deyil, uşaqları təhlükəli və kənar ərazilərdə düşürərək hərəkət edir.

tehsilmedia.info olaraq inanırıq ki, uşaqlarımızın təhlükəsizliyi hər bir dövlət qurumu üçün əsas məsələdir. Lakin apardığımız müşahidələr və bizə daxil olan çoxsaylı şikayətlər göstərir ki, hazırkı daşınma prosesində ciddi boşluqlar mövcuddur.
​Ümid edirik ki, şikayətlər nəzərə alınaraq lazımi addımlar atılacaqdır:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA): Avtobusların say tərkibi, texniki vəziyyəti və xarici nömrə nişanlı nəqliyyat vasitələrinin şagird daşınmasına cəlb edilməsinin qanuniliyini yoxlamağınızı;

​Dövlət Yol Polisi: Sürücülərin yaş həddi, sürücülük hüququ və marşrut trayektoriyasına əməl edilib-edilməməsinə nəzarəti gücləndirməyinizi;

Dövlət Əmək Müfəttişliyi Xidməti: Sürücülərlə əmək müqavilələrinin bağlanıb-bağlanmadığını və əmək hüquqlarının qorunmasını nəzarətə götürməyinizi;

Elm və Təhsil Nazirliyi: Tender şərtlərinin icrasına və uşaqların psixoloji/fiziki təhlükəsizliyinə xüsusi diqqət ayırmağınızı xahiş edirik.

Məqsədimiz kimisə günahlandırmaq deyil, baş verə biləcək bədbəxt hadisələrin qarşısını öncədən almaqdır. Ümid edirik ki, bu yazımızdan sonra qeyd olunan çatışmazlıqlar qısa zamanda aradan qaldırılacaq və valideynlərin narahatlığına son qoyulacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər