Məktəbin inkişaf planlarının hazırlanmasına dəstək məqsədilə görüşlər keçirilir.
Ötən tədris illərində inspeksiya aparılmış ümumi təhsil müəssisələrində məktəb inkişaf planlarının hazırlanması prosesinə dəstək məqsədilə bir sıra görüşlər təşkil olunmuşdur.
Görüşlər zamanı məktəb rəhbərləri, metodistlər və müəllimlərlə müzakirələr aparılmış, məktəblərin təqdim etdikləri SWOT təhlilləri nəzərdən keçirilmişdir. Çatışmazlıqların aradan qaldırılması və inkişaf ehtiyacı olan sahələrin müəyyənləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilmişdir.
???? Məqsəd: Məktəb inkişaf planlarının effektiv tərtib edilməsi və məktəbin müsbət inkişafına təsir etməsinin təmin edilməsidir.




























