Xəbər lentiwidget-title-icon

Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
İmtahanlarda maksimum bal toplayanların sayı niyə azalır?
Ucarda 15 yaşında ana olan yeniyetmə ilə bağlı açıqlama

Gəncə-Daşkəsən regionu üzrə məktəbəhazırlıq qruplarında təhsil alanların SAYI

Məktəbəqədər təhsil uşaqların inkişafında və gələcək təhsil uğurlarında mühüm rol oynayan mərhələdir. Bu baxımdan bölgələrdə məktəbəhazırlıq qruplarının sayı və orada təhsil alan şagirdlərin sayı təhsilin keyfiyyəti və əlçatanlığı haqqında önəmli göstəricidir.

Maraqlıdır, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tabeliyində məktəbəhazırlıq qruplarında neçə şagird təhsil alır?

AzEdu.az mövzu ilə bağlı sözügedən idarəyə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ümumilikdə 5403 uşaq təhsil alır:

"Onlardan 3012 nəfəri oğlan, 2391 nəfəri isə qızdır. Ümumi göstəricilərə əsasən, region üzrə qızların payı 44,2 faiz, oğlanların payı isə 55,8 faiz təşkil edir.Məlumatların rayon və şəhərlər üzrə bölgüsü göstərir ki, Gəncə şəhəri bu baxımdan ən böyük göstəriciyə malikdir. Burada 1591 oğlan və 1394 qız məktəbəhazırlıq qruplarında təhsil alır. Bu, ümumi gender nisbətində nisbətən balanslı payın qorunduğunu göstərir (qızların payı 46,7%).

Goranboy rayonunda 617 oğlan və 466 qız olmaqla ümumilikdə 1083 uşaq təhsil alır; qızların ümumi payı 43 faizdir. Göygöl rayonunda bu nisbət bir qədər aşağıdır. Belə ki, 389 oğlan və 240 qız olmaqla, qızların payı 38,2 faiz təşkil edir. Samux rayonunda isə 299 oğlan və 224 qız olmaqla ümumi 523 uşaq məktəbəhazırlıq təliminə cəlb olunub, bu da 42,8 faiz göstərici ilə qızların iştirak səviyyəsini ifadə edir.

Naftalan şəhərində gender nisbəti ən balanslı göstəricilərdəndir: Burada 46 oğlan və 44 qız olmaqla, qızların payı 48,9 faizdir. Daşkəsən rayonunda bu nisbət əhəmiyyətli dərəcədə fərqlənir. 70 oğlana qarşı 23 qız qeydiyyata alınıb və qızların payı cəmi 24,7 faiz təşkil edir.

Ümumilikdə aparılan təhlil göstərir ki, Gəncə-Daşkəsən regionunda məktəbəhazırlıq qruplarında gender balansı əsasən təmin olunsa da, bəzi rayonlarda xüsusilə Daşkəsən və Göygöl rayonlarında qız uşaqlarının məktəbəhazırlıq mərhələsinə cəlb səviyyəsinin aşağı olması müşahidə olunur. Bu fərqlər sosial-iqtisadi amillər, əhalinin məskunlaşma xüsusiyyətləri, ailələrin təhsilə yanaşması və təhsil müəssisələrinin əlçatanlığı ilə əlaqədar ola bilər.

Regionda məktəbəhazırlıq təhsilinin inkişafı üçün müvafiq infrastrukturun təkmilləşdirilməsi, müəllim heyətinin ixtisaslı kadrlarla zənginləşdirilməsi və təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu da gələcəkdə uşaqların təhsilə hazırlıq səviyyəsinin yüksəlməsinə, məktəbə adaptasiyanın asanlaşmasına və ümumi təhsil nailiyyətlərinin artırılmasına xidmət edəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər