Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Azərbaycanda daha hansı universitetlərdə 4 günlük dərs olacaq? - AÇIQLAMA

Keçən günlərdə Bakı Dövlət Universitetində bəzi fənlərin həftədə 4 gün tədris olunacağı açıqlanıb. Bu qərara jurnalistika ixtisası üzrə dərslər də daxildir. Məlumat sosial şəbəkələrdə müsbət qarşılanıb və rəğbət doğurub.

Bu məqamda sual yaranır: ali təhsil müəssisələrində hansı sahələr üzrə fənlərin həftədə 4 gün keçirilməsi daha məqsədəuyğun ola bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, həftənin 4 günü dərs olması vəziyyəti az da olsa yüngülləşdirə bilər:

“Bakı Dövlət Universitetində ötən illərdə də bu məsələ ilə bağlı müvafiq təkliflər olmuşdu. Təklif həm tələbələr, həm valideynlər, həm də ictimaiyyət tərəfindən müsbət qarşılanmışdı. Bəzi ali təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universitetində belə hallar müşahidə olunur: tələbə birinci dərs saatına gəlir, ikinci saat boş keçir, sonra üçüncü dərsə qatılır. Bəzi hallarda isə ardıcıl iki saat boş qalır. Bu isə istər-istəməz tələbələr üçün narahatlıq yaradır.

Tələbə 90 dəqiqə müddətində ali təhsil müəssisəsində olur, amma faktiki olaraq heç bir dərs keçmir. Bu səbəbdən dərslərin həftənin 4 gününə sıxlaşdırılması məncə daha məqsədəuyğundur. Bu, həm tələbələr üçün daha rahat olar, həm də şəhər nəqliyyatı baxımından müəyyən qədər yüngülləşmə yaradar. Çünki həftənin 5 günü dərs keçirilməsi daha çox tələbə hərəkəti, daha çox nəqliyyat yükü, metro və digər ictimai nəqliyyat vasitələrindən daha sıx istifadə deməkdir. Həftənin 4 günü dərs olması bu baxımdan vəziyyəti az da olsa yüngülləşdirə bilər. Bu, nəqliyyat baxımından rahatlıq gətirməklə yanaşı, tədris prosesinə də müsbət təsir göstərə bilər. Çünki tələbə dərs cədvəlində boş vaxtlarla qarşılaşdıqda bu, müəyyən problemlərə və narahatlıqlara səbəb olur”.

Bəzi ixtisaslar üzrə həftəlik dərs saatları kifayət qədər çoxdur və bu halda tətbiqi çətin ola bilər:

“Narazılıqların aradan qaldırılması baxımından hesab edirəm ki, həftənin 5 günü əvəzinə 4 gün dərs keçirilməsi - bu, təkcə Bakı Dövlət Universiteti üçün deyil, bütün universitetlər üçün keçərlidir. Beləliklə, dərslər daha səmərəli şəkildə təşkil olunar və aradakı boş saatlar da aradan qalxar. Təsəvvür edin ki, bəzi hallarda tələbə həftədə 5 gün ərzində hər gün yalnız bir dərs üçün universitetə gəlir. Bu bir saatlıq dərs üçün tələbə evindən çıxır, universitetə gəlir, dərsə girir və sonra geri qayıdır.

Əgər dərslər 4 günə cəmləşdirilsə, tələbə bir gün ərzində 1 deyil, 3 və ya 4 dərs üçün universitetə gəlmiş olacaq. Bu həm səmərəlilik baxımından, həm də tələbənin vaxt və enerji itkisinin qarşısını almaq baxımından daha məqsədəuyğundur. Beynəlxalq təcrübədə də bu tətbiq olunur. Məsələn, Türkiyədə təhsil müəssisələrində dərslər adətən saat 9-da başlayır və 15:00-da başa çatır. Bu model bizdə də tətbiq oluna bilər. Belə olduqda dərslər saat 15:00-a qədər davam edər və həftənin 5 günü yox, 4 günü dərslərlə əhatə olunmuş olar”.

Bu yanaşma valideynlər, tələbələr və müəllimlər tərəfindən də ümumilikdə müsbət qarşılanır:

“Düşünürəm ki, bu istiqamətdə bütün ali təhsil müəssisələrində müvafiq addımların atılması sevindirici hal olar. Əlbəttə, bu yanaşma bütün ixtisaslar üçün uyğun olmaya bilər. Elə ixtisaslar var ki, onların həftəlik dərs saatları kifayət qədər çoxdur, bu halda tətbiqi çətin ola bilər. Lakin dərs saatları nisbətən az olan ixtisaslar üzrə bu sistemin tətbiqi daha məqsədəuyğun və ictimai baxımdan da müsbət qarşılanan bir qərar olar”.

Oxşar xəbərlər

Bütün xəbərlər