Xəbər lentiwidget-title-icon

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?

Bağça müəllimləri sertifikasiyası: maaş artımı necə olacaq? - CAVAB

Bu ildən etibarən bağçalarda tərbiyəçi-müəllimlər üçün sertifikasiya imtahanı təşkil olunacaq.

Maraqlı məqam isə budur ki, bu proses müəllimlərin pedaqoji keyfiyyətinə necə təsir göstərəcək, nəticələr onların əməkhaqqına və iş yerlərinin qorunmasına hansı formada yansıyacaq?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, bağçalarda sertifikasiyanın keçirilməsi uzun müddətdir gözlənilən addım idi:“İndiyədək sertifikasiya daha çox ümumi təhsil müəssisələrində - məktəb müəllimləri arasında tətbiq olunurdu. Əsas fərq ondadır ki, bağça müəllimlərinin imtahan məzmunu məktəb müəllimlərindən bir qədər fərqli olacaq. Məktəblərdə fənn bilikləri daha çox ön plandadırsa, bağça müəllimləri üçün suallar erkən uşaq inkişafı, məktəbəqədər pedaqogika, uşaqlarla davranış, oyun əsaslı təlim, təhlükəsizlik və valideynlərlə ünsiyyət kimi sahələri əhatə edəcək. Yəni burada sadəcə bilik deyil, uşaqlarla işləmək üçün vacib olan spesifik yanaşmalar və bacarıqlar qiymətləndiriləcək”.

Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi “Məktəbəqədər təhsil müəssisələrində işləyən pedaqoji işçilərin sertifikatlaşdırılması Qaydaları”nda bu fərqlilik açıq şəkildə öz əksini tapıb:

“Maaş artımı məsələsinə gəldikdə, ümumi təhsildə illərdir diferensial əlavələr mövcuddur. Belə ki, müəllimlər sertifikasiyanın nəticələrinə görə maaşlarına 10% və ya 35% əlavə alırlar. Bu, həm motivasiyaedici təsir göstərir, həm də keyfiyyətli müəllim əməyinin qiymətləndirilməsi baxımından mühüm mexanizmdir. Amma bağça müəllimləri üçün təsdiqlənmiş qaydalarda bu faizlər konkret göstərilməyib. Onlar üçün hazırda əsas mexanizm 5 illik pedaqoji fəaliyyət hüququnun verilməsi və uğursuzluq halında 1 il iş yerinin saxlanılması ilə təkrar imtahan imkanıdır. Maaş artımı məsələsi isə ayrıca normativ qərarla tənzimlənməlidir. Mənim fikrimcə, məktəb müəllimlərinə tətbiq olunan model bağçalara da şamil olunsa, bu, həm ədalətli olar, həm də bağça müəllimlərinin motivasiyasını əhəmiyyətli dərəcədə artırar”.

Sertifikasiyanın pedaqoji keyfiyyətə təsiri məsələsində ümumi təhsildəki təcrübə göstərib ki, bu proses müəllimləri öz üzərində işləməyə sövq edir, minimum standartları müəyyənləşdirir və peşəkar inkişafı stimullaşdırır:

“Bağçalarda da eyni təsirin olacağına inanıram. Amma bunun yalnız imtahanla məhdudlaşmaması vacibdir. Sertifikasiyadan sonra müəllimlər üçün əlavə təlimlər, metodik dəstək, mentorluq imkanları yaradılarsa, bu, real inkişaf effekti verəcək. Əks halda, imtahan sadəcə formal yoxlama kimi qəbul oluna bilər”.

Nəticələrin əməkhaqqına və iş yerlərinə təsiri barədə qaydalarda açıq şəkildə qeyd olunub:

“Uğur qazanan müəllimlər 5 il müddətinə fəaliyyət hüququ alırlar. İmtahanda iştirak etməyən və ya uğursuz olanlar isə üzrlü səbəb olduqda bir il ərzində iş yerlərini qoruyaraq təkrar imtahanda iştirak edə bilərlər. Bu, iş yerlərinin qorunması baxımından mühüm təminatdır. Yəni burada məqsəd kimsəni işsiz qoymaq deyil, əksinə, müəllimlərin bilik və bacarıqlarını artırmaq və təhsildə keyfiyyəti yüksəltməkdir.

Səmimi olaraq düşünürəm ki, bağça müəllimlərinin sertifikasiyası çox vacib və düzgün addımdır. Çünki məktəbəqədər təhsil uşağın bütün gələcək inkişafının bünövrəsidir. Əgər biz bu pillədə keyfiyyətli və motivasiyalı pedaqoqlarla işləsək, nəticəsini həm ibtidai sinifdə, həm də sonrakı təhsil mərhələlərində görəcəyik. Amma prosesin ədalətli, şəffaf aparılması və nəticələrin əməyin dəyərləndirilməsinə real təsir göstərməsi çox önəmlidir. Əgər maaş əlavəsi də bu sistemə daxil edilərsə, müəllimlər sertifikasiyanı sadəcə öhdəlik deyil, inkişaf və motivasiya aləti kimi görəcəklər”.

Oxşar xəbərlər

Bütün xəbərlər