Tayvan çip istehsalı və mikroelektronika sahəsində liderliyini möhkəmləndirmək üçün gənc mütəxəssislərin hazırlığına xüsusi önəm verir. Bu məqsədlə ölkədə xarici tələbələr üçün yay məktəbləri və universitetlərdə ixtisaslaşmış kurslar təşkil olunur.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, təhsil proqramları Tayvanın çip sənayesindəki təcrübəsini paylaşmaqla yanaşı, müxtəlif ölkələrdən olan tələbələrin bu sahədə bilik və bacarıqlarını artırmağa şərait yaradır. Müəyyən proqramlar çərçivəsində iştirakçılar həm nəzəri dərslər alır, həm də təcrübə imkanları qazanaraq real istehsalat mühitində bacarıqlarını tətbiq edirlər.
Bu təşəbbüs, eyni zamanda Tayvanın beynəlxalq akademik və texnoloji əməkdaşlığını genişləndirməyə, həmçinin ölkənin strateji texnologiyalar sahəsində qlobal mövqeyini gücləndirməyə yönəlib.