Birləşmiş Millətlər Təşkilatının ekspertləri Serbiyada baş verən tələbə etirazlarına qarşı rəsmi mövqeni tənqid ediblər. Onlar bildiriblər ki, hökumətin tələbə aksiyalarını zorakı şəkildə dağıtması ifadə azadlığını və dinc toplaşma hüququnu pozur.
AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən etirazlar son vaxtlar ölkənin müxtəlif universitetlərində keçirilən islahatlara və təhsil haqlarının artımına qarşı başlayıb. Tələbələr Belqrad küçələrində toplaşaraq sosial ədalət və təhsildə bərabər imkanlar tələb edirlər.
BMT ekspertləri Serbiya hakimiyyətini gərginliyi dinc yolla həll etməyə və tələbələrin hüquqlarına hörmətlə yanaşmağa çağırıb. Onlar həmçinin bu kimi hadisələrin beynəlxalq hüquq çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıblar.