Xəbər lentiwidget-title-icon

Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib

Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar

İyul ayında Azərbaycana istirahət və müalicə gəlmiş Rusiyanın Moskva şəhər sakini Albina Rafailova və onun həyat yoldaşı “Şıx” sanatoriyasını seçiblər. Rəsmi saytlarda sanatoriyanın “termal müalicə suları ilə xidmət göstərən müasir bəlneoloji kompleks” kimi təqdim olunması onları aldadıb. Ancaq real mənzərə- insan ləyaqətini alçaldan şərait, sağlamlığa zərər vuran xidmətlər və açıq fırıldaqçılıq olmuşdur.

Təcavüzkar dərəcədə aldadıcı reklam və neft quyusu suyu

Turistin verdiyi açıqlamaya görə, “termal müalicə suyu” adı altında onlara neft quyularından çıxarılan lay suyu istifadə edilən vanna prosedurları təklif olunub. Onun və digər istirahətçilərin müşahidələrinə əsasən, gecə saatlarında sanatoriyaya mazut və kanalizasiya iyisi verən texniki su köhnə paslı su maşını ilə gətirilir və qapalı hovuza boşaldılırmış.
Bəzi işçilər bu suyun mənbəyinin SOCAR-ın Bibiheybət yataqlarından çıxarılan lay suları olduğunu təsdiqləyib. Bu, sanitariya qaydalarının kobud şəkildə pozulması ilə yanaşı, cinayət tərkibli əməldir. Su nəinki termal deyil, heç adi texniki su kimi istifadəyə də yararlı deyil.

Müalicə adı altında biznes

Gündəlik 280 manat ödəməklə müalicə adı altında yalnız 4 qısa masaj (cəmi 10 dəqiqəlik), 2 fiziki prosedur və 3 parafin seansı təklif olunub. Əlavə prosedurlar üçün isə sanatoriya rəhbərliyi əlavə pul tələb edib: masajın 45 dəqiqəsi 50 manat, 60 dəqiqəsi isə 60 manat!
Həkim Talətə müraciət edən Albina xanım və həyat yoldaşı “futbol topu” kimi həkim və qeydiyyat arasında ora-bura göndərilib, onların sağlamlığına deyil, yalnız cibinə maraq göstərilib.

Sanatoriyaya yox, düşərgəyə bənzəyən şərait

9 günlük qalma müddətində nə otaq yuyulub, nə də şikayətlərə əhəmiyyət verilib. Yeməklər- dadı olmayan, keyfiyyətsiz, az çeşidli və sintetik dadvericilərlə zəngin qidalar olub. “Şved stolu” adı altında turistlər norma ilə porsiya qidalandırılıb, artıq götürmək istəyənlər isə sanatoriya işçiləri tərəfindən alçaldılıb: “Normadan artıq götürə bilməzsiniz!”
Hər axşam yaxınlıqdakı restoranlardan gələn kabab və balıq qızartması tüstüsü havanı boğucu edib. Televizor işləməyib, internet demək olar yox səviyyəsində olub.

İnsan hüquqları, turist hüquqları — ayaq altına atılıb

Turist sanatoriyanı bir gün əvvəl tərk etmək istədikdə, ödənilmiş məbləğin geri qaytarılması rədd edilib. Heç bir rus və ya ingilis dilli müqavilə, rəsmi qaydalar təqdim olunmayıb. Bu isə xarici vətəndaşların hüquqlarının açıq şəkildə pozulması deməkdir. Qazaxıstan, Rusiya, Türkiyə və Özbəkistandan gəlmiş digər turistlər də narazılıqlarını ifadə ediblər, bəziləri hətta sanatoriyanı vaxtından əvvəl tərk ediblər.

Sual olunur: bu cinayətləri kim gizlədir?

Albina Rafailovanın Baş Prokurorluğa, Azərbaycan və Rusiya səfirliklərinə təqdim etdiyi rəsmi şikayət ərizəsində çox ciddi suallar doğuran məsələlər qaldırılıb. Onun tələbləri içərisində aşağıdakılar yer alır:
Sanatoriyada istifadə olunan suyun mənşəyi və sertifikatlarının yoxlanılması;
Qanunsuz tibbi xidmət, turist hüquqlarının pozulması və istehlakçı aldadılması faktlarına hüquqi qiymət verilməsi;
Maddi zərərin kompensasiya edilməsi;
Məsul şəxslərin- rəhbərlik, həkimlər və aidiyyəti orqan nümayəndələrinin- cəzalandırılması.

Rusiya vətəndaşının bu müraciəti təkcə bir fərdin şikayəti deyil. Bu, Azərbaycan turizminin nüfuzuna atılmış ləkədir. Əgər bu məsələ operativ və ciddi şəkildə araşdırılmasa, ölkəmizin sanatoriya və turizm sahəsinə etibar ciddi şəkildə zədələnəcəkdir.
Bu cür hallara qarşı dövlət strukturları və ictimaiyyət dərhal reaksiya verməli, “Şıx” sanatoriyasında baş verənlər hüquqi müstəvidə tam obyektiv araşdırılmalı və cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər