Xəbər lentiwidget-title-icon

Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək

Kolleclərə yeni TƏYİNAT

Kolleclərə yeni TƏYİNAT

Kolleclərə yeni təyinatlar olub.

Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Rövşən Qurbanov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində “Filologiya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi)” ixtisası üzrə, magistratura təhsilini isə “Dilşünaslıq (Azərbaycan dili)” ixtisası üzrə alıb. R.Qurbanov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasını bitirib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. R.Qurbanov müxtəlif illərdə ADPU-nun Cəlilabad filialında və Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

Sevda Həsənova ali təhsilini Mingəçevir Politexnik İnstitutunun “Toxuculuq və yüngül sənaye iqtisadiyyatı və idarəetməsi” ixtisası üzrə başa vurub. Daha sonra Bakı Avrasiya Universitetinin doktoranturasına qəbul olmuş, dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Pedaqoji fəaliyyətinə Gədəbəy rayonu Daşbulaq tam orta məktəbində başlayan S.Həsənova müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

Dürrə Hacıyeva bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə, magistratura təhsilini isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Strasklayd Universitetində “Təhsil tədqiqatları və təşkilati inkişaf” ixtisası üzrə müvəffəqiyyətlə başa vurub. O, müxtəlif dövlət qurumları və təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olub. Həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsində çalışıb.

övşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Rövşən Qurbanov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində “Filologiya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi)” ixtisası üzrə, magistratura təhsilini isə “Dilşünaslıq (Azərbaycan dili)” ixtisası üzrə alıb. R.Qurbanov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasını bitirib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. R.Qurbanov müxtəlif illərdə ADPU-nun Cəlilabad filialında və Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

Sevda Həsənova ali təhsilini Mingəçevir Politexnik İnstitutunun “Toxuculuq və yüngül sənaye iqtisadiyyatı və idarəetməsi” ixtisası üzrə başa vurub. Daha sonra Bakı Avrasiya Universitetinin doktoranturasına qəbul olmuş, dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Pedaqoji fəaliyyətinə Gədəbəy rayonu Daşbulaq tam orta məktəbində başlayan S.Həsənova müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.Dürrə Hacıyeva bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə, magistratura təhsilini isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Strasklayd Universitetində “Təhsil tədqiqatları və təşkilati inkişaf” ixtisası üzrə müvəffəqiyyətlə başa vurub. O, müxtəlif dövlət qurumları və təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olub. Həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Bütün xəbərlər