Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Təhsil İdarələrinin yeni müdirləri KİMDİR... - DOSYE

Təhsil İdarələrinin yeni müdirləri KİMDİR... - DOSYE

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

Elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Modern.az "Azərbaycan müəllimi"nə istinadən yeni müdirlərin tərcümeyi-hallarını təqdim edir.

Vüqar Dadaşov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində "Tarix" ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2006-2016-cu illərdə Humanitar təmayüllü "Muğan" liseyində tarix müəllimi, 2016-2020-ci illərdə Salyan rayonu 3 saylı tam orta məktəbin direktoru, 2020–2022-ci illərdə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023–2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib.

Bu təyinatadək o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edibRamin Abasov 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsində magistratura təhsili alıb.

O, 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, Abasov Ramin 2022-ci ildən bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.Həmid Qasımov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində “Fizika” ixtisası üzrə, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb.

2019-2021-ci illərdə Bakı Mühəndislik Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsili alıb.

O, 2008-2015-ci illərdə İsmayıllı rayonu Xəlilli kənd tam orta məktəbində müəllim, daha sonra direktor müavini, 2015-2020-ci illərdə Azərbaycan Tələbələri Birliyində sədr müavini və sədr, 2020-2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş mütəxəssis, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Bu təyinatadək o, Dağlıq Şirvan Regional Təhsil İdarəsində müdir müavini işləyib.Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində “Coğrafiya müəllimliyi (ekoloq)” ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2002-2016-cı illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbdə coğrafiya müəllimi, 2016-2019-cu illərdə Biləsuvar rayonu Ağayrı kənd V.Rüstəmov adına tam orta məktəbin direktoru, 2019-2022-ci illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Bəhruz Nəbili 2022-2024-cü illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində işləyib.

Bu təyinatadək o, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. Rəşad Musayev 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsili alıb.

2002-2005-ci illərdə Təhsil Problemləri İnstitutunda baş metodist, 2005-2006-cı illərdə Nərimanov Rayon Təhsil Şöbəsində metodist, 2006-2019-cu illər Bakı Şəhəri üzrə Təhsil İdarəsində məsləhətçi, 2019-2022-ci illərdə Təhsil Nazirliyində məsləhətçi vəzifələrində çalışıb.

Bu təyinatadək o, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri olub.

Oxşar xəbərlər

Bütün xəbərlər