Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

ADPU-nun Ağcabədi filialında konfrans keçirilib - FOTO

ADPU-nun Ağcabədi filialında konfrans keçirilib - FOTO

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XVII konfransı keçirilib.

Bu barədə "tehsilmedia.info"a ADPU-dan bildirilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov konfrans iştirakçılarını salamladıqdan sonra Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi ilə əlaqədar Respublikanın ictimai həyatında, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında silsilə tədbirlər keçirilməsindən, xüsusilə də ADPU-nun Ağcabədi filialında bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən Tələbə Elmi Cəmiyyətinin XVII konfransının filial tələbələrinin yaradıcılıq potensialının artırılmasına xidmət baxımından böyük əhəmiyyət kəsb etməsindən danışdı. Direktor konfransı açıq elan etməzdən əvvəl Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhlarını anmaq üçün bir dəqiqəlik sükut elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dos. M.Məcidov çıxışına davam edərək Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamlamasından, öz xalqına sıx bağlılığı və milli dövlәtçilik məfkurəsinə sadiqliyindən danışıb. Heydər Əliyevin siyasi fəaliyyət xəttindən danışarkən onun gənclər siyasətindən danışan direktor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin mühüm vəzifəsi hesab etmişdir.

Sonra söz məruzəçilərə verilib.

“Heydər Əliyev Azərbaycanın elm və təhsil sisteminin himayədarıdır” mövzusunda məruzə edən filialın tədris və elmi işlər üzrə direktor müavini dosent Seymur Süleymanov Ulu Öndərin siyasi hakimiyyət illərində Azərbaycan təhsili və elminə ayırdığı diqqət və qayğıdan danışıb.

“Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə edən filialın Tələbə Elmi Cəmiyyətinin sədri Səbuhi Quliyev ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində cəmiyyətdə gənclərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində uzaqgörən siyasətçi və dövlət başçısı Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini yüksək şəkildə doğruldurlar.

TEC-in sədri Səbuhi Quliyev cari tədris ilində filialın müvafiq kafedraları üzrə aparılan tələbə elmi-tədqiqat işlərinin mövzu aktuallığı və yüksək araşdırma səviyyəsi barədə də konfrans iştirakçılarını məlumatlanırıb.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. “Riyaziyyat və fizika”, “Rəqəmsal bacarıqlar”, “Tarix”, “Coğrafiya”, “Ədəbiyyatşünaslıq”, “Dilçilik”, “Xarici dil” və “Pedaqogika - psixologiya” bölmələri üzrə aparılan elmi-tədqiqat işlərinin müdafiə prosesində layiqli namizədlər müəyyənləşdirilib.

Sonda konfransın qalibləri fəxri diplom və sertifikatlarla təltif ediliblər.

ADPU-nun Ağcabədi filialında konfrans keçirilib - FOTO

ADPU-nun Ağcabədi filialında konfrans keçirilib - FOTO

ADPU-nun Ağcabədi filialında konfrans keçirilib - FOTO

ADPU-nun Ağcabədi filialında konfrans keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər