Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...

"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...

"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.."
Müasir Azərbaycan poeziyası özünün yeni məhsuldar dövrünü yaşayır. Bütün üslublar öz potensiallarından istifadənin maksimal həddinə çatdırılıb. Bu kəmiyyət göstəricisi yaxşıdır yoxsa pis baxış bucağından məsələyə baxsaq nəticəsiz mübahisədən başqa bir şeyə nail olmarıq.Məsələnin ədəbi-tənqidi tərəfi bir yana, bu bir mövcud sosioloji fakt kimi təhlil tələb edir. İnsanlar Sözə sığınır, Sözə açılır, Sözə tökülür. Necə ifadə olunmalarından, bədii ifadənin hansı səviyyəsində olmasından asılı olmayaraq sözün "şeirləşməsi" bir kult rolunu oynayır. Şeirləşən söz yaşanmamış həyatın kompensasiyasına, psixoloji terapiyaya çevrilir. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq əminliklə demək olar ki, şeir ölkə ictimai rəyinin formalaşmasında əsas rollardan birini oynayır. 44 günlük müharibədən əvvəl sosial şəbəkələr Şuşa, Qarabağ, torpaqların azadlığı məzmununda şeirlərlə silkələnirdi. Şeir fəryad edir, haray çəkir, savaşa çağırırdı. Bəzi uzaqgörən tənqidçilərimiz "Qarabağı Azərbaycan poeziyası xilas edəcək" deyəndə həm də şeirin həmin dövrdə ictimai rəyə göstərdiyi bu dominant təsiri nəzərdə tuturdu...Bu gün poeziya haqqında vücudu və intellekti bir qəpiyə dəyməyən, ağzını açanda "elm, texnika, kompüter, süni intellekt" fışqıran bəzi yarımçıq intellektuallarımız aqressiv-ironiyalı bir tonda mülahizələr yürüdür, guya poeziyanın, obrazlı təfəkkürün, hələ-hələ humanitar bilgilərin bu xalqı inkişafdan saxladığını, elmi-texniki tərəqqidən uzaqlaşdırdığını yazırlar. Bəzi həqiqətən yaxşı yazan şairlərimiz də guya daha ciddi ad və nüfuz qazanmaq üçün artıq daha çox yazıçı, filosof, sosioloq... kimi tanınmağı daha üstün tuturlar. Şeirə həqarətlə baxan o intellektualların vurma cədvəlindən o tərəfə bir riyazi bilgilərinin olmadığını hamımız bilirik. Digər təbiət elmləri haqqında isə humanitar bilgi vasitəsiilə əldə etdikləri populyar və konspirativ məlumatlardan başqa bilgiləri olmadığı da məlumdur. Guya dünyanın hansısa inkişaf etmiş ölkəsində hamı "aytişnik", kibernetik, genetik və sairədir. Xüsusilə poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır? Şeirin hələ də ictimai rəyə göstərə biləcəyi həlledici təsirindən. Qarabağı düşməndən xilas edən təkcə əsgərin şücaəti, yüksək hərbi texnika deyildi, həm də türkün minillik mənəviyyatından, şanlı tarixindən doğan fəlsəfi-poetik ruh idi.Bu gün Suriyanı azad edən, Turanı quran, dünyanın ən modern hərbi texnikasını yaradan, bizim siyasi müstəqilliyimizin gələcəyinin təminatçısi olan da həmin ruhdur.Poetik ruh bütün dövrlərdə öz irrasionallığı, gözlənilməzliyi, aşqınlığı, daşqınlığı ilə milləti azadlıqdan, həqiqi inkişafdan saxlayan rasional cərçivələri qırıb aşırıb. Bu ruhun daşıyıcıları heç bir dövrdə ipə-sapa yatmayıblar, diri-diri soyulublar, yandırılıb, güllələniblər, sürğünlərdə donublar, həbsxanalarda çürüyüblər. Onlar - xalqın səsinin, qayğılarının, problemlərinin, harayının ifadəçiləri olan həqiqi söz sahibləri bu yarımçıq təfəkkürlü, yarımhəqiqətçi təlxəklərin istehzalı, aşağılayıcı leksikonu ilə ictimai rəy yaradıcılığindan kənarlaşdırılmaq istənilir. Anlamırlar, dərk eləmirlər ki, "Sənətdə yer gücü, göy gücü vardır". Anlamırlar ki, söz deyilməyəndə daha çox güclənir. İfadə olunmayan Zaman Sözə axıb tökülür, aşır-daşır. Tarix hələ onu saxlaya biləcək heç bir hədd, sədd kəşf edə bilməyib.

Arzu ƏSƏD - "DİA-AZ"

Oxşar xəbərlər

Bütün xəbərlər