Xəbər lentiwidget-title-icon

ETN və MÜTDA-nın yeni xaosu: TƏHSİL Hicablı müəllim və şagirdlərə qarşı
Töhmət alan məktəb direktoru işdən çıxarıldı
Əmrullayevin kadr siyasəti sərt tənqid olundur - "Sənan Mənsimli təhsilin əlifbasını da bilmir”
Məleykə Abbaszadə vəzifədən uzaqlaşdırılır -DİM-də geri sayım başladı
Kollec direktoru insanları təhqir etdi - "Sizin kimi toksik və qurdlu insanlar..." - FOTOFAKT
Niyə biz tədqiqat universiteti yarada bilmirik?
Leyla Əliyeva yeni şeirini təqdim etdi
Peşə Təhsil Mərkəzi rəsmi sayt üçün tender elan etdi
Kamran Əsədovun məhkəməsi davam etdirilib
Buraxılış imtahanında stres: şagirdlər panikanı necə idarə etməlidir?
DİM-də təlim təşkil olunub
​"Övladımızı müəllimdən yox, müəllimlə birlikdə qoruyaq!"
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər
Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR
​"Riyaziyyatdan '5', İnsanlıqdan '0' almasınlar deyə..."
Valideyinin qabarmış əllərini nəzərə alaraq sual tərtib edin.
“Yaxşı olardı ki, məzunlar bu qədər sıxışdırılmazdı” - Təhsil ekspertindən ETİRAZ
İmtahandan maksimum nəticə göstərənlər olacaq? - PROQNOZ
Rezidenturaya qəbul imtahanının TARİXİ
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır
DİM kollektivi niyə bu qədər savadsızdır?
Sumqayıt 28 nömrəli məktəbdən sevindirici xəbər
“Bu tip sualları ancaq bizim təhsildən uzaq müəllim heyəti tərtib edə bilərdi” - Emma İbrahimova
Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?..-EKSPERT
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik

Çoxşagirdli siniflərdə müəllim köməkçisi olsun - TƏKLİF

Çoxşagirdli siniflərdə müəllim köməkçisi olsun - TƏKLİF

Bir çox məktəblərdə eyni sinifdə 30-40 təhsil alır. Bu zaman müəllim onların hər birinin tapşırığını yoxlamalı, suallara cavab verməli, yeni dərsi izah etməli, summativ hazırlamalı, jurnal və digər yazı-pozuy işlərini etməlidir. Nəticədə isə dərsin keyffiyətinə zaman kifayət etmir, şagirdlər mövzuları tam dərindən qavraya bilmirlər.

Bu halda müəllimlər nə etməlidir? Sinifdə onlar üçün əlavə köməkçilərə ehtiyac varmı?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov açıqlamasında bildirib ki, dərsdə müəllimlərə köməkçilər ayırmaq olar:
“Müəllim uzun illərin təcrübəsinə malik olsa belə, 30-40 uşağa dərs keçmək onun üçün çətindir. Uşaqların hər birinə summativ hazırlamaq, dərs keçmək, ev tapşırıqlarını yoxlamaq, jurnal yazmaq və digər texniki işlər 45 dəqiqəlik dərs müddətində çox böyük çətinliklər yaradır. Amma reallıq ondan ibarətdir ki, məktəb çatışmazlığı, əhalinin miqrasiyasının paytaxt məktəblərində artması, eləcə də paytaxt məktəblərində yaranmış sıxlıq məsələni daha da aktuallaşdırır. Bütün bu amillər təhsilin və dərsin keyfiyyətinə təsir göstərir.
Nəzərə almaq lazımdır ki, sinifdə bütün uşaqlar eyni davranışa malik deyillər. Müəllim təkcə dərsini keçmir, əvvəlki dərslərə də nəzər salır, təkrar edir, şagirdlərin tədris və davranışının qiymətləndirməsini aparır. Bütün bunlar müəllimə 45 dəqiqə ərzində böyük çətinlik yaradır.
Düşünürəm ki, müəllimlərə dərslərdə köməkçilərin ayrılması təcrübəsi tətbiq etsək, fayda əldə edə bilərik. Düzdür, indiyə qədər ölkəmizdə belə bir təcrübə olmayıb, amma eksperiment kimi yoxlamağın faydalı olacağını düşünürəm”“Müəllim zamanın dəyərləndirilməsini o qədər peşəkarcasına aparmalıdır ki, 45 dəqiqə bütün uşaqları əhatə edə bilsin”,- deyə müsahibimiz vurğulayıb:
“45 dəqiqəlik dərs müddətinin düzgün bölünməsində müəllimin fərdi hazırlığından çox şey asılıdır. Çətin də olsa, çox zaman təcrübəli müəllimlər buna çıxış yolu tapırlar. Müəllim zamanın dəyərləndirilməsini o qədər peşəkar şəkildə aparmalıdır ki, 45 dəqiqə 30-40 şagirdi əhatə edə bilsin.
Gələcəkdə şagird kompleksi məsələsinə baxmalıyıq. Məktəbdə sıxlıq olduqda, əlavə sinif açıla bilmədikdə siniflərdə nəinki 30-40, hətta daha çox şagird olur. Elə məktəblər var ki, orada məcburən 3 növbəli dərslər də keçirilir. Nəzərə alsaq ki, 3 növbə belə böyük problemdir.

Məhz dərs saatı şagirdlərə yetmədiyi üçün valideynlər məcburən övladlarını repetitor yanına göndərirlər”,-deyə İ.Orucov fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər