Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Deputat: Müəllimləri aşağılayaraq nüfuzdan salırıq

Elm və təhsil

5-08-2024, 16:25

Deputat: Müəllimləri aşağılayaraq nüfuzdan salırıq


Dünən Xızı Rayon Məhkəməsində təəssüf doğuran bir prosesin hüquqi nəticəsi bəlli olub. Məhkəmənin 29 iyul tarixli hökmü ilə müəlliminə qarşı xuliqanlıq etməkdə ittiham olunan 2003-cü il təvəllüdlü gənc 1 il müddətinə azadlıqdan məhrum olunub. Buna səbəb isə gəncin 9-cu sinfi bitirərkən Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə 3 qiyməti alması və müəllimi, şərti adı Gülnar Ramazanovaya qarşı acıqlı qalması olub. 2017-ci ildə kənd məktəbindən çıxan şagird 10-11-ci sinifləri Xızının rayon mərkəzindəki məktəbdə oxuyub. Lakin, keçmiş şagird 5 iyun 2023-cü il, saat 11:30 radələrində kənd məktəbinə gedərək şagirdlərdən biri vasitəsilə müəllimi həyətə çağırtdırıb və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.


Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, məktəblərimizdə tərbiyə işini gücləndirməliyik.

Ceyhun Məmmədovun sözlərinə görə, bu məsələnin kökünü araşdırmaq lazımdır ki, müəllim ədalətli davranıb 3 verib, yoxsa şagirdin qiymətini kəsdiyinə görə uşaq bu addımı atıb:

“Bu hadisədə, əslində, bir çox səbəblərin rolu var. Birinci ən əsas səbəblərdən biri cəmiyətdə müəllimə münasibətin dəyişməsidir. Bəzən biz özümüz müəllimləri aşağılayaraq nüfuzdan salırıq. Eyni zamanda, valideynlərin zaman-zaman müəllimlərin işinə, məktəbə müdaxiləsi, müəllimlərlə bağlı övladlarına düzgün tərbiyə verməməsi bu məsələyə ciddi təsir göstərir. Əslində, əvvəlki dövrə baxsaq, cəmiyyətdə hər zaman müəllimə ən yüksək münasibətin olduğunu görərik. Sanki müəllim bir müqəddəs varlıq idi. Yəni o dövrdə cəmiyyətdə müəllimə bu dərəcə gözəl münasibət var idi. İndi isə zaman-zaman həm bizim müasir qurumlar, həm də ailələr tərəfindən müəllimin əməyinin düzgün qiymətləndirilməməsi bu prosesə öz təsirini göstərir. Artıq cəmiyyətdə çox təəssüfki müəllimin nüfuzu və hörməti aşağı düşüb. Dəfələrlə bu məsələyə münasibət bildirəndə qeyd etmişəm ki, biz həm ailələrimizdə, həm məktəblərimizdə müəllimin nüfuzuna xələl gətirə biləcək açıqlamaların verilməsindən çəkinməliyik. Düzdü, müəllimin yaxşısı, pisi, savadlısı və savadsızı var. Bu hər zaman hər sahədə olub. İkinci məsələ həm məktəblərdə, həm də ailələrdə tərbiyə işinin düzgün qurulmamasıdır. Təəsüf ki, bu gün nə məktəblərimiz, nə də ailələrimiz övladları ilə tərbiyə işini düzgün qura bilir. Yəni bu gün məktəb yalnız təhsil verməklə məşğuldur və bununla da işini bitmiş hesab edir. Tərbiyə iki yerdə verilir. Birincisi, ailədə, təəssüf ki, bəzi ailələrin özlərinin tərbiyəsi olmadığına görə övladlarına bu tətbiyəni verə bilmirlər. Belə olduqda, artıq bu missiya məktəbin və müəllimin üzərinə düşür. Valideyn isə övladına müəllimə hörmət etməyi aşılamalıdır.

Digər mühüm məsələ isə ədalətdir. İndi bu məsələnin dərinliyini bilmirəm. Amma mən dəfələrlə müəllim ədalətsizliyinin şahidi olmuşam, hətta mənə şikayətlər olunub. Sözügedən məsələnin səbəbi həqiqətən ədalətli ya ədalətsiz olub bilmirəm. Bir sıra hallarda həm orta məktəb, həm də universitet müəllimləri öz tələbələri və şagirdləri ilə ədalətlə davranmırlar. Xüsusilə, ali təhsil müəsisələrində tələbə 5 almalıdırsa, müəllim əsassız yerə ona 3-4 verir. Ədalət prinspi qorunmalıdır. Müəllim özü də ədalətli olmalıdır. İndi uşaq başa düşməyə və anlayışı olmaya bilər. Amma müəllimin yanlış hərəkət etməsi və ya şagirdə hörmətsiz, ədalətsiz münasibət bəsləməsi qəbul edilməzdir. Ona görə o məsələnin kökünü araşdırmaq lazımdır ki, müəllim ədalətli davranıb 3 verib, yoxsa şagirdin qiymətini kəsdiyinə görə uşaq bu addımı atıb.
Şagirdin bütün fənlərdən qiyməti 3 ola bilər. Bu, o demək deyil ki, həmin fəndən də 3 almalıdır. Əgər müəllim arqument gətirirsə ki, uşaq bütün fənlərdə 3 alıb, yəni, bu əsas deyil. Ola bilər ki, digər fənlərdə 3 alıb, amma bu müəllimi fənnini daha yaxşı bilib. Müəllimlərimiz də, ailələrimiz də diqqətli olmalıdır. Çünki bu gün getdikcə cəmiyyətdə dəyərlərin deqradasiyasını, mənəvi aşınmasını görürük.

Çətin bir dövrə düşmüşük. Bu prosesdə də nə məktəb, nə ailə öz rolunu tam oynaya bilir. Bu təkcə bizdə deyil, dünyanın ayrı-ayrı ölkələrində də var. Amma biz bu barədə ciddi şəkildə düşünməliyik. Bir insan çox savadlı ola bilər, amma onun tərbiyəsi yoxdursa, cəmiyyət üçün təhlükəli olacaq. Bu gün bizim ailələrin əksəriyyəti uşaqlarının savadına çox önəm verir. Bu qürurvericidir. Amma valideyn tərbiyə işinə önəm verməyən zaman bu məni həqiqətən də üzür. Bizə tərbiyəli, qanacaqlı, mənəviyyatı olan gənclik lazımdır. Ona görə bu rolu gücləndirməyə, diqqətli olmağa, məktəblərdə tərbiyə işinə daha həssas yanaşmağa çalışmalıyıq. Bu tərbiyə işi formal olmamalıdır. Əksər məktəblərimizdə bu özünü göstərmədiyi üçün zaman-zaman belə problemlərlə qarşılaşırıq”.

Oxunub: 326
Paylaş:
Digər xəbərlər

Hadisə

19-07-2024, 10:07

Vəkil Adəm Məmmədov təqsirləndirilən şəxs oldu

Məktəblər

13-02-2024, 15:54

Hacıqabul rayon Kolanı kənd tam orta məktəbində biabrçılıq!

Hadisə

19-03-2024, 16:52

İnstitut direktorunun ölümü yenidən araşdırılacaq

Məktəblər

29-11-2023, 16:46

Keçmiş məktəb direktoru məhkəmə zalında həbs olunub

Məktəblər

26-09-2023, 12:06

Məktəbdə kütləvi zəhərlənmə olub

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 15:45
Lisey və gimnaziyalara seçim prosesi başlanılır
Dün, 15:44
Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib
Dün, 15:43
Gənclərin ixtisas qərarına kimlər necə təsir edir?
Dün, 15:42
Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
Dün, 15:41
İntizam, yoxsa sərbəstlik: Hansı təhsil sistemi daha effektivdi?
Dün, 15:40
Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 12:12
    Rusiyanın mədəni abidələrə qarşı ikili standartarı
  • Dün, 15:45
    Lisey və gimnaziyalara seçim prosesi başlanılır
  • Dün, 15:44
    Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib
  • Dün, 15:43
    Gənclərin ixtisas qərarına kimlər necə təsir edir?
  • Dün, 15:42
    Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
  • Dün, 15:41
    İntizam, yoxsa sərbəstlik: Hansı təhsil sistemi daha effektivdi?
  • Dün, 15:40
    Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq
  • Dün, 15:39
    Məzunları Britaniya təhsilini təbliğ edir
  • Dün, 15:39
    Bakıya müəllim axını dayanacaq?: Bölgələrdə təhsil balansını DƏYİŞİR
  • Dün, 15:38
    Bu şəxslər ixtisas seçimində iştirak edə bilməyəcək - DİM Peşə Təhsili
  • Dün, 15:37
    Xaricdə təhsil: 351 nəfər Dövlət Proqramını başa vuraraq ölkəyə qayıdıb
  • Dün, 15:36
    Gürcüstanda bağçada uşaqlara qarşı zorakılıq iddiası: Bağça işçisi saxlanılıb
  • 5-08-2025, 13:41
    ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
  • 5-08-2025, 13:34
    Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender
  • 5-08-2025, 11:43
    Şirvan-Salyanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ
  • 5-08-2025, 11:42
    Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
  • 5-08-2025, 11:41
    Serbiyada tələbə etirazlarına BMT tənqidi
  • 5-08-2025, 11:40
    Uşaqlarda nitq inkişafı: Valideynlər nə zaman narahat olmalıdır?
  • 5-08-2025, 11:40
    Bullinq: Zarafat deyil, zorakılıqdır
  • 5-08-2025, 11:35
    Qarabağ Universitetinin prorektoru vəzifəsindən azad edildi
  • 5-08-2025, 11:35
    Tayvan çip sahəsində beynəlxalq tələbələrə investisiya edir
  • 4-08-2025, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • 4-08-2025, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • 4-08-2025, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • 4-08-2025, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • 4-08-2025, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • 4-08-2025, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • 3-08-2025, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • 3-08-2025, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • 3-08-2025, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • 3-08-2025, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
Daha çox
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
5-08-2025, 13:41
ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
5-08-2025, 11:43
Şirvan-Salyanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ
3-08-2025, 12:29
Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə