Naxçıvan məktəblisi Beynəlxalq olimpiadada qızıl medal qazanıb
Naxçıvan məktəblisi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.
Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlican Hüseyinli Sinqapurda keçirilən SIMOC 2024 Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.




























