Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Bakıdakı repetitorlar niyə bölgələrdəkilərdən çox qazanır?

Bakıdakı repetitorlar niyə bölgələrdəkilərdən çox qazanır?

Müşahidələrimizə əsasən görürük ki, repetitor qiymətləri ərazidən asılı olaraq dəyişir. Bakı şəhərində fərdi repetitor hazırlıqlarının qiymətləri 150-200 manata qədər, qrup halında isə 100 manata qədər arta bilir.
Ancaq bölgələrə baxdıqda bu qiymətlərin yarıya qədər endiyinin şahidi oluruq.

Maraqlıdır, öyrədilən bilik eynidirsə, o halda nəyə görə bölgə müəllimləri ilə şəhər müəllimləri arasında qiymət fərqi bu qədər çoxdur?
Mövzu ilə əlaqədar təhsil eksperti Elşən Qafarov açıqlama verib.

Ekspert bildirib ki, bölgələrdə ümumi xərclər az olduğu üçün qiymətlərin aşağı olması repetitorlara da yansıyır: “Repetitorluğu yaradan səbəblər var, hansı ki, bu səbəbləri aradan qaldırmadan ciddi addım ata bilmərik. Paytaxtda, eləcə də digər şəhərlərdə qiymətlər daha yüksəkdir. Qiymətlərin yüksəkliyi meqapolislə əlaqədardır. Kənd və qəsəbələrdə repetitorlara verilən məbləğ daha aşağıdır. Orada həm tələbat, həm də yaşam xərcləri daha az olduğu üçün özəl xidmətlər, o cümlədən repetitorluq daha az qiymətə başa gəlir.

Repetitorluğun bu qədər yayılmasının əsəs səbəbi Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardır. Biz illərdir təklif edirik ki, DİM-dən test hazırlamaq səlahiyyəti alınaraq Prezident, yaxud Nazirlər Kabineti yanında Testologiya İnstitutu yaradılsın, DİM isə imtahan keçirən texniki quruma çevrilsin.

Düşünürəm ki, Testologiya İnstitutu olsa, şagirdlərin, məzunların, abituriyetlərin bilik və bacarıqlarına uyğun suallar hazırlanar. Artıq namizədlər məktəbdə aldıqları bilik və bacarıqlarına əsasən imtahan olduğu üçün məktəblərə də inam və etimad artmış olacaq”.

“Hazırlıq prosesindən ən çox istismar olunan uşaqlardır”, -deyə E.Qafarov vurğulayıb: “Hazırda repetitorluq müəllimlər üçün sərfəlidir. Çünki bu onlar üçün qazanc mənbəyidir. Həmçinin, repetitor ilə hazırlaşan şagirdlərin yaxşı nəticələri məktəbin adını da yüksəldir.

Ümumilikdə isə bu prosesdən ən çox istismar olunan şagird və məzunlardır. Repetitorluq artıq məktəbəhazırlıq mərhələsindən başlayır. Nəticədə uşaq istismar olunur və məktəbdə, təhsil sisteminə etimad getdikcə azalır. Repetitorlara tələbat varsa, qiymətlər də artır və ya azalır. Bu tək repetitorluqda deyil, bütün özəl xidmətlər, eləcə də usta xidmətləri, digər xidmətlər və s. aiddir”.

Oxşar xəbərlər

Bütün xəbərlər