Xəbər lentiwidget-title-icon

73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

İlham Əhmədov -Tərbiyə təlimdən daha vacibdir

İlham Əhmədov -Tərbiyə təlimdən daha vacibdir

Məktəblərdə son vaxtlar baş verən neqativ hadisələr cəmiyyətdə tərbiyə məsələsinin arxa plana keçirilməsi, daha doğrusu başlı başına buraxılması ilə əlaqədardır.

Şagird-müəllim münasibətlərinin neqativ xarakter alması, xoşagəlməz belə hadisələrin çoxalması məktəbdə tərbiyə işinin aşağı səviyyəsini göstərir. Sovet dönəmində də məktəblərdə bəzən belə hadisələr baş verərdi, lakin bu hadisələr nadir hallarda olardı. İndi isə təəssüflər olsun ki, belə olaylar sistematik xarakter alıb.

Bu problemin yaranmasında günahların bir qismi məktəbin üzərinə düşür. Hər bir sistemin işinin səmərəsi bu sistemin sükanı arxasında olan kadrın peşəkarlıq səviyyəsindən asılıdır. Məktəblərə son vaxtlar direktor təyinatında səhvlərə yol verilir. Bu məsələ mətbuatda da son vaxtlar müzakirə mövzusu olmuşdur. Heç bir pedaqoji təhsili və pedaqoji stajı olmayan insanların məktəblərə direktor təyin edilməsi halları çoxalıb. Bu ciddi səhvdir. Məktəbin rəhbərliyi, məktəbin idarəedilməsi, ona nəzarət pedaqoqların əlində olmalıdır, menecerliyi bacaran hər hansı qeyri pedaqoqun, təlim-tərbiyədən uzaq kadrların yox. Mütləq şəkildə bilməliyik ki, məktəbə təhsilə aidiyyatı olmayan kənar şəxslərin rəhbər vəzifəyə gətirilməsi, birmənalı olaraq təhsilə fəlakət gətirəcəkdir. Artıq ilk simptomlar görünür. Hər peşənin öz sənətkarı var. Hər sahənin idarəedilməsi bu sferada zəngin təcrübə qazanan kadrlara həvalə edilməlidir. Təhsil sahəsində də belədir. Ancaq təəssüflər olsun ki, pedaqoji təhsili olmayanlar məktəblərdə direktor kimi fəaliyyət göstərirlər. Bu çox uğursuz eksperimentdir. Bu amil məktəbdə tərbiyə işini zəiflədən səbəblərdəndir.

Tərbiyə işinin zəifləməsinin digər səbəbi ölkədə, cəmiyyətdə, eləcə də təhsil sistemində ideoloji boşluğun olmasıdır. 30 il müstəqillik təcrübəmiz olsa da, hələ də təhsil sistemində işlək tərbiyə konsepsiyası yoxdur. Yadımdadır, 2000-ci illərdə TN-də tərbiyə şöbəsi vardı. İndi mən bilən belə bir şöbə yoxdur. Ümumiyyətlə TN-nin strukturu hansı şöbələrdən ibarətdir, müdirləri kimlərdir, əməkdaşları kimlərdir, bu məlumatlar çox məxvi saxlanılır sanki. Digər nazirliklərdən fərqli olaraq Təhsil Nazirliyin saytından onun strukturunu və orada işləyən insan kapitalının keyfiyyətini müəyyən etmək mümkün deyil, sanki bu dövlət sirridir. Əvvəllər bu qurum daha şəffaf və əlçatan idi ictimaiyyət üçün.

TN-nin tərbiyə şöbəsi 2000-ci illərdə tərbiyə konsepsiyası hazırlamışdı. Amma sonralar bu konsepsiyadan deyəsən heç istifadə edilmədi. Ümumiyyətlə sovet illərində tərbiyəyə dair yazılmış kitablardan, tədqiqatların nəticələrindən, konsepsiyalardan müstəqillik illərində istifadə etmək düz deyil. Çünki, cəmiyyətdə son 20-30 ildə çox şey dəyişdi. Müstəqillik illərində tərbiyə mövzusunda diqqət cəlb edən əsərlər də az oldu, bu sırada yalnız tanınmış pedaqoq, rəhmətlik prof. Zahid Qaralovun 20 il əvvəl yazdığı "Tərbiyə" trilogiyasını qeyd edə bilərəm. Hələlik tərbiyəyə dair bu kitabdan başqa dəyərli nəsə başqa kitab xatırlamıram.

Tərbiyə məsələsinin zəifləməsinin digər səbəbi KİV, xüsusən telekanallarıdır. Elə verilişlər var ki, ona baxanda adam dəhşətə gəlir: bu nə mövzudu, bu nə aparıcıdı, bu nə səviyyəsiz verilişdi? Hesab edirəm ki, belə verilişlər gənclərin tərbiyəsinin pozulmasına xidmət edir. Maarifləndirici, idraki, vətənpərvərlik istiqamətində verilişlərimiz əfsuslar olsun ki, azdır. Digər tərəfdən Cəmiyyət bilməlidir ki, tərbiyə təhsildən üstündür. "İnsanı əxlaqi yox, yalnız ntellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir." (Teodor Ruzvelt).

Uşaqların təhsil proqramlarını mənimsəməsi üçün valideynlər müxtəlif yollar axtarır, xeyli xərc çəkirlər, amma onların tərbiyəli olması barədə elə də narahat olmurlar, sanki, hər şey öz-özünə həll ediləcəkdir. Digər tərəfdən məktəblərdə tədris prosesi pozulub. Repetitorluq kütləviləşəndən sonra şagirdlərin dərsə davamiyyəti azalıb. Çünki şagirdlər pul qarşılığında repetitordan bilik alacaqlarını düşünürlər. Onlarda belə təsəvvür yaranır ki, hər işi pulla həll etmək mümkündür. Beləliklə, uşaqların nəzərində pula kult yaranır, maddiyyat mənəviyyatı üstələyir. Müəllimin nüfuzu da son onilliklər xeyli aşağı düşüb. Bu gün də müəllimlər sanki, hüquqsuz bir zümrədir. Nə qədər imtahan etmək olar müəllimləri? Bir qisim müəllimlər isə şagirdlərə müştəri gözü ilə baxırlar. Şagird də bunu hiss edir. Bütün bu mənfi hallar kompleks halda həm müəllim nüfuzunu, həm də məktəbdə təlim-tərbiyə prosesinə mənfi təsir edir.

Bilməliyik ki, "Mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır” (Füyuzat jurnalından).

Oxşar xəbərlər

Bütün xəbərlər