Xəbər lentiwidget-title-icon

Direktor müavinlərinin işə qəbulunda yenilik olacaq - MÜTDA
Bu şəxslər MİQ-də pulsuz iştirak edəcəklər
Məktəbdə çantaların yoxlanması ilə bağlı RƏSMİ AÇIQAMA
Neçə məktəbdə monitorinqlər aparılıb?
5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
“İdrak” Liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
Tələbə və məzunların əmək bazarına inteqrasiyasına xidmət edən “Karyera Həftəsi”nə start verilib
Oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim keçiriləcək
Dövlət Proqramı İdarəetmə Qrupunun YENİ RƏHBƏRİ
Təhsildə YENİ MODEL təklifi - universitetə qəbul üçün tək imtahan...
Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır
Bu olimpiadalara buraxılış vərəqələri verilir
Zərifə Əliyevanın doğum günüdür
Azərbaycan dilinin qrammatikası yenidən hazırlanır: dərsliklər dəyişəcəkmi?
“Sərhədləri Aşan Gənclər” Forumu uğurla baş tutdu
Tanınmış Jurnalist Məleykə Abbaszadəni müəllimlər haqqında fikirlərinə görə sərt tənqid etdi-VİDEO
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Blok imtahanına səhv qeydiyyatdan keçənlərin diqqətinə - ərizəni belə dəyişin
İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL
Buraxılış imtahanına xarici dilin salınmasının əleyhinə idim - DİM sədri
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq

COP29-un işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün ilk təlim keçirilib - FOTO

COP29-un işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün ilk təlim keçirilib - FOTO

Martın 13-də Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında fəal iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda ilk təlim keçirilib.

Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ekoloji məsələlərin ümumbəşəri əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə peşəkar medianın üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib, medianın, ilk növbədə, ekoloji maarifləndirməyə böyük diqqət göstərməli olduğunu, həmçinin insanların ekoloji biliklərə yiyələnməsinin təşviqində oynadığı müstəsna rolu qeyd edib. İcraçı direktor, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan mediası COP29-un yaratdığı imkanlardan faydalanaraq bu istiqamətdə işini səmərəli mexanizmlər əsasında qurmalı, öz subyektiv mülahizələrini əsas götürərək ölkəmizin imicini ləkələmək istəyənlərə tutarlı arqumentlərlə cavab verməlidir.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova qeyd edib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkə reallıqlarının dünya ictimaiyyətinə səmərəli şəkildə çatdırılmasına böyük imkanlar yaradacaq, davamlı təşkil olunacaq belə təlimlər jurnalistlərimizin COP29-la bağlı biliklərini daha da artıracaq.

Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov ətraf mühitin qorunmasında, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılmasında və Azərbaycanda iqlim dəyişikliyinin əhəmiyyəti barədə məlumatlılığın artırılmasında media nüməyəndələrinin böyük rolunun olduğunu söyləyib.

İngilis dilində keçirilən təlimdə bərpaolunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç “İqlim dəyişikliyinin elmi əsasları”, “Bərpa olunan enerji: texnologiya və inkişaf” mövzusunda məruzələrlə çıxış edib.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının baş elmi işçisi, təlimçi Əhməd Hümbətov isə “Mədən yanacaqları: onlar ətraf mühitə nə qədər mənfi təsir göstərir və biz həqiqətən onlarsız keçinə bilərikmi?”, “İqlim dəyişikliyinin iqtisadi və siyasi aspektləri” mövzularında media nümayəndələri ilə geniş müzakirələr aparıb.

Sonda təlimçilər jurnalistlərin iqlim dəyişikliyi ilə bağlı suallarını cavablandırıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər