Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
AzEdu.az xəbər verir ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.



























