Xəbər lentiwidget-title-icon

“Sərhədləri Aşan Gənclər” Forumu uğurla baş tutdu
Tanınmış Jurnalist Məleykə Abbaszadəni müəllimlər haqqında fikirlərinə görə sərt tənqid etdi-VİDEO
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Blok imtahanına səhv qeydiyyatdan keçənlərin diqqətinə - ərizəni belə dəyişin
İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL
Buraxılış imtahanına xarici dilin salınmasının əleyhinə idim - DİM sədri
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
TƏBİB-də rəhbər dəyişiklikləri: İslahatlar fonunda "Peşəkar Kadr" ehtiyacı
Braziliyada Azərbaycan gecəsi: milli mətbəx, musiqi və mədəni diplomatiya
"Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir - Prezident
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib
TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb
Rektor: Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir
Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Tanınmış Jurnalist Məleykə Abbaszadəni müəllimlər haqqında fikirlərinə görə sərt tənqid etdi-VİDEO

Hörmətli DİM sədri Məleykə Abbaszadə, müəllimləri hədəfə alıb “bəzi sualları özləri belə həll edə bilmir” demək çox asandır. Amma bu ölkənin təhsil sisteminə illərdir imtahan adı ilə psixoloji gərginlik yükləyən bir qurumun rəhbəri kimi əvvəlcə güzgüyə baxmaq lazımdır. Çünki bu gün müəllimi bacarıqsız göstərməyə çalışan DİM-in özü məktəbdə tədris prosesi tam başa çatmamış şagirdi imtahan masasına oturdur. Bu hansı pedaqoji məntiqə, hansı vicdana, hansı təhsil fəlsəfəsinə sığır?

Bu fikirləri tanınmış jurnalist, Denmedia.az saytının rəhbəri Nizami Rəsulov öz sosial media hesabında bildirib.

O, Məleykə Abbaszadəni sərt tənqid edərək bildirib:

Bir tərəfdən deyirsiniz ki, imtahan kurikuluma uyğundur, digər tərəfdən kurikulumun nəzərdə tutduğu mövzuların bir hissəsi məktəbdə hələ keçirilməyib. Şagird sinif otağında görmədiyi, müəllimin izah etmədiyi, dərslikdə hələ çatmadığı mövzuya görə necə cavabdeh tutulur? Bu, biliyin yoxlanılması deyildir. Bu, uşağın hazırlıqsız yaxalanmasıdır.

Ən acınacaqlısı isə budur ki, DİM bunu bilməmiş deyil, çox yaxşı bilir. Hamı bilir ki, bu boşluğu məktəb yox, repetitor bazarı doldurur. Deməli, siz faktiki olaraq dövlət məktəbində verilən təhsilə yox, valideynin cibinə güvənən imtahan sistemi qurmusunuz. Pulu çatan repetitor tutur, proqramı qabaqlayır, imtahanda nəfəs alır. Pulu çatmayan isə məktəbdə keçilməmiş mövzunun qarşısında susdurulur. Bu, bir mənalı sosial ayrı-seçkiliyin rəsmi formasıdır.

Müəllimi tənqid etməzdən əvvəl cavab verin: məktəbdə iki ay dərs qalmış şagirdi niyə yekun biliyə görə sorğu-suala çəkirsiniz? Tədris ili bitməyibsə, bilik necə yekunlaşdı? Mövzu tamamlanmayıbsa, nəticə necə obyektiv oldu? Təhsil prosesini yarımçıq qoyub imtahan keçirmək, sonra da nəticəyə baxıb müəllimi suçlamaq ədalət deyil, məsuliyyətdən yayınmaqdır.

DİM illərdir “sistem qüsursuzdur” görüntüsü yaratmağa çalışır. Hətta qurum rəhbərliyi “30 ildir yazdıqlarımızı heç kim oxumur” deyərək tənqidlərə sərt cavab verir. Amma cəmiyyətin oxuduğu bir həqiqət var: məktəbin çatdırmadığını imtahana salmaq, sonra da müəllimi savadsız çıxarmaq səriştə ola bilməz. Bu, öz səhvini başqasının üstünə yıxmaqdır.

Əgər doğrudan da müəllimin səviyyəsini ölçmək istəyirsinizsə, əvvəlcə DİM-in vicdanını ölçün. Əgər doğrudan da şagird biliyini qiymətləndirmək istəyirsinizsə, əvvəlcə ona öyrənmək üçün tam imkan yaradın. Tədris bitmədən imtahan keçirmək, sonra da nəticəyə əsasən müəllim və şagirdi ittiham etmək təhsil idarəçiliyi yox, kabinetdən verilən amansız hökmdür.

Bu gün ən böyük sual müəllimə yox, elə DİM-in özünə ünvanlanır: Məktəbdə keçirilməyən mövzuya görə şagirdi imtahan edən qurumun mənəvi haqqı varmı kimisə savadsız adlandırsın?

Oxşar xəbərlər

Bütün xəbərlər